Fitch Ratings Azərbaycanın reytinqini aşağı salıb

Fitch Ratings Azərbaycanın reytinqini aşağı salıb

Fitch Ratings Azərbaycanın reytinqi ilə bağlı proqnozunu azaldıb. Belə ki,  reytinq agentliyi ölkədə neft hasilatının kəskin azalması və hökumət xərclərinin artığını qeyd edərək, Azərbaycanın reytinqinə dair proqnozunu “Pozitiv”-dən “Sabit” səviyyəyə endirib. Eyni zamanda Azərbaycanın investisiya reytinqini “BBB-“ investisiya səviyyəsində saxlayıb. Fitch buna səbəb kimi hökumətin 2011-ci il büdcəsinə düzəlişlər etməsi nəticəsində xərclərin agentliyin gözlədiyindən 30 faiz daha çox artmasını göstərib.Agentliyin bildirdiyinə görə, əlavə xərclər Dövlət Neft Fondunun resurlarından istifadənin 50 faiz artması nəticəsində maliyyəşdirilib. Bununla belə agentlik ölkənin suveren balansının və gəlirlərin artmağa güclənməyə davam etdiyini bildirib.

Xatırladaq ki, ötən  ay reytinq şirkəti Azərbaycanın investisiya səviyyəli kredit reytinqini yeniləyərək, yüksək neft qiymətlərinin enerji ehtiyatları ilə zəngin ölkənin maliyyə sabiltiyinin güclənməsinin əsas səbəbi olduğunu bəyan etmişdi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin rəyinə görə, reytinq agentliyi Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Azərenerji”nin reytinqini aşağı qiymətləndirib. Hər iki şirkətin reytinqini 3 BB-yə endirib: “Azərenerji”nin reytinqinin aşağı salınmasına səbəb əməliyyatların daha çox hökümətlə aparılmasıdır.Belə ki,  şirkətin borclarının 87 faizindən çoxu dövlət zəmanəti ilə alınan borclardır. Neft Şirkətinin reytinqinin aşağı salınması isə məhz dövlət qarantiyalı borclarla bağlıdır.Hansıki,  Fitchin dəyərləndirməsinə görə, bu şirkətin faəliyyətinin səmərəliliyinə təsir edir. Agnetlik qeyd  edir ki,Neft Şirkətinin hökümətlə sıx iqtisadi əlaqələri var. O baxımdan da şirkətin binez və maliyyə profilinin azaldılması istiqamətində qərar qəbul olunub”.

Leave A Comment