Avro Böhranı Dərinləşir

Avro Böhranı Dərinləşir

Vüqar Bayramov: Avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir”

Avrozonada baş verənlər Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir. Belə ki, son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskin aşağı düşməkdədir. Xüsusilə dollara nisbətən mövqelərini itirən avronun manata məzənnəsi də azalmaqdadır. Belə ki, Azərbaycan Mərkəzi Bankı yanvarın 6-sı üçün avronun məzənnəsini 1.0017 manat müəyyənləşdirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov təkcə son 1 həftədə avronun dollara nisbətən məzənnəsinin 6 faiz zəiflədiyini deyir: “Ötən həftə 1 avro 1 dollar 34 sent idisə, artıq 1 avro almaq üçün 1 dollar 27 sent ödəmək lazım gəlir. Dünya bazarında avronun məzənnəsində bu gün son 6 ayda ən aşağı hədd qeydə alınıb. Azərbaycanın valyuta bazarında avronun məzənnəsi 1 avro 1 manat məzənnəsinə yaxınlaşır. Avropadakı devalvasiya 1 avronun 1 manatdan aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir”.

İqtisadçı yaxın günlərdə valyuta dəyişmə məntəqələrindən avro almaq üçün manat deyil, sadəcə, qəpik ödəməyin  lazım gələcəyini qeyd edir.Onun fikrincə, avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi Yunanıstanda son seçimlərdən sonra hökumətin formalaşdırıla bilməməsi, Fransada solçuların qalib gəlməsindən sonra Avropada xərclərin azadılması proqramının reallaşdırımasının sual atına düşməsi, eləcə də İtaliya və İspaniyada müşahidə edilən bank böhranı ilə bağlıdır: “Artıq Yunanıstan dövlətin müflişləməsi təhlükəsi qarşısındadır. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin yardım proqramları bu ölkədə hökumət böhranı səbəbindən dayandırılıb. Fransa isə hələlik Avropa Birliyinin radikal-maliyyə proqramlarına münasibət bildirməyib. Fransanın  Avropa Birliyində 3 ən aparıcı dövlətdən biri olduğunu nəzərə alsaq bu ölkənin AB-nin qənaət proqramlarına qoşulmaması avrozonani iflic edə bilər. O  baxımdan, indiki halda Fransanın yeni hökumətinin mövqeyi avrounu gələcəyi üçün həlledicidir. Başqa tərəfdən, Yunanıstan və İspaniyada böhrana qarşı həyata keçirilən tədbirlərin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaradıb. Avrozonada qalmaq sözügedən ölkələrdə xüsüsən də Yunaınstanda dövlət xərclərinin azalmasına imkan yaratmır. Əksinə, dövlət xərclərinin artımı müşahidə edilir. O baxımdan avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir”.

İqtisadçı alim bildirir ki, yaxın zamanlarda avronun dollara nisbətən məzənnəsinin aşağı düşməsi prosesi sürətlənəcək: “Bu avronun manata nisbətən də məzənnəsinin azalması demək olacaq”.

Bəzi ölkələrin öz ehtiyatlarının bir qismini qızılda saxlamağa çalışmasına gəlincə V.Bayramov deyir ki, dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır: “Artıq Ukrayna hökuməti dövlət rezervlərinin əhəmiyyətli hissəsinin qızılda saxlanmasına dair qərar qəbul edib. Dövlət Neft Fondunun da yaxın zamanlarda avro ilə saxlanılan rezervlərin bir qisminin qızıla çevrilməsi yönündə addımlar atacağı gözləniləndir”.

 

Leave A Comment