Azərbaycanda sığorta sektorunun vəziyyəti necədir?

Azərbaycanda sığorta sektorunun vəziyyəti necədir?

“Ölkədə sığorta sektoru ən zəif inkişaf etmiş sahələrdən biridir. Çünki sığorta şirkətlərinin əksəriyyəti bu gün bankların əlavəsi kimi fəaliyyət göstərir”.

Bu sözləri Deyerler.Org-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) layihə meneceri Leyla Əliyeva Azərbaycandakı sığorta sektorunu qiymətləndirərkən söyləyib.

O sözlərinə bunları əlavə edib: “Eyni zamanda araşdırmalar zamanı bəlli olub ki, regionlarda ümumiyyətlə sığorta işi inkişaf etməyib. Burada sığorta şirkətlərinin filialları belə azdır. Bu suallara sığorta şirkətlərinin özləri də hələ bir cavab tapa bilməyiblər. Eyni zamanda sığorta ödənişləri də bu sahənin hansı vəziyyətdə olduğunu göstərir. Qonşu Gürcüstanla müqayisə etsək, görərik ki, Gürcüstanda sığorta sektoru daha çox daha çox inkişaf edib, nəinki Azərbaycanda. 1991-ci ildən başlayaraq qanunvericilik sahəsində dəyişikliklər oldu. Burda Sovet sığortasından keçid dövrünü nəzərdə tuturam. O zaman ölkədə 62 sığorta təşkilatı var idi. O cümlədən 53 milli və 9 birgə sığortaçı fəaliyyət göstərirdi. Lakin ötən illərdə 33 kommersiya sığorta təşkilatı sığorta olunanların etimadını qazan bilmədiyindən müflisləşərək öz fəaliyyətini dayandırdı. 2002-ci ildə 38 sığorta şirkəti var idisə, bu gün onlardan yalnız 29-u fəaliyyət göstərir. Bu da həmin sahənin mövcud durumunun göstəricisidir”.

“Sığorta sektorunun problemləri nələrdir?” sualına Leyla Əliyeva belə cavab verib: “Əslində sığorta sektorunun bir neçə problemi var. Bu, ölkənin sosial-iqtisadi vəziyyəti, sığorta sistemi ilə bağlı qanunvericilikdəki boşluqlar, dövlət tərəfindən sığorta bazarında xarici kapitalın iştirakına qoyulan məhdudiyyətlər, sığorta bazarında dövlət inhisarçılığının davam etməsi, müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılılıq və əhalinin sığorta haqqında məlumatsızlığı və şirkətlərə inamsızlığı”.

 

Leave A Comment