İqtisadi İnteqrasiya Məsələləri Brüsseldə Müzakirəyə çıxarılır

İqtisadi İnteqrasiya Məsələləri Brüsseldə Müzakirəyə çıxarılır

Vüqar Bayramov: “Avropa Birliyi bu sahədəki uğurları və mövcud çətinlikləri qiymətləndirəcək

Şərqi Tərəfdaşlıq Proqramı İqtisadi İnteqrasiya Platforması üzrə Hökumətlərarası görüş mayın 31-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. Görüşdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın hökumət nümayəndələri ilə yanaşı Avropa Birliyinin rəsmiləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Bu barədə jurnalistlərə Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumu İqtisadi İnteqrasiya Komissiyasının həmsədri Vüqar Bayramov bildirib.

İqtisadi inteqrasiya üzrə Avropa Birliyi tərəfindən tərəfaş ölkələrin rəsmillərinin iştirakı ilə təşkil olunan  yüksək səviyyəli birgə tədbir  Avropa Komissiyasının  mənzil qərargahında baş tutacaq. Tədbirdə ticari əlaqələrin genişləndirilməsi, nəqliyyat sferası üzrə əməkdaşlıq, Kiçik və Orta Sahibkarlıq Siyasəti, Ətraf mühit və iqlim dəyişikliyi panelləri üzrə müzakirələr aparılacaq.Həmçinin   informasiya və rabitə, dövlət maliyyəsi və vergiqoyma siyasətləri  müzakirə obyekti olacaq.Hökümətlərarası görüşdə Avropa Birliyinin Aqrar Sektor və Regional İnkişaf üzrə yeni proqramının təqdimatı keçiriləcək.

Tədbirdə Avropa Birliyi ilə Şərqi Tərəfdaşlıq ölkələri arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf istiqamətləri mövzusunda çıxış edəcək Vüqar Bayramov onu da əlavə edib ki, məruzəsində əsas diqqəti Şərqi Tərəfdaşlıq Proqramı icra olunmağa başladıqdan sonra bu sahədə əldə edilən naliyyətlər və mövcud  çətinliklərə ayıracaq. Azərbaycanlı həmsədr eyni zamanda Avropa Birliyi ilə tərəfdaş ölkələr arasında azad ticarət rejiminin formalaşması məsələlərinə də toxunacaq. Eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu da çıxışın əsas müddəlarından olacaq”

 

Leave A Comment