Avropa ilə Azərbaycan arasında viza rejimi sadələşəcək

Avropa ilə Azərbaycan arasında viza rejimi sadələşəcək

Bu ilin payızında Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsi üzrə danışıqlar başlsayacaq.  Bu haqda mətbuata hal-hazırda Brüseldə səfərdə olan Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramının Azərbaycan üzrə milli koordinatoru Vüqar Bayramov bildirib. Avropa Komissiyası və eləcə də Avropa Birliyinə sədrlik edən Polşa hökumətinin rəsmilləri ilə görüşlər keçirən V. Bayramov deyib ki, artıq viz liberallaşdırılması ilə bağlı Avropa Komissiyasında sənədlər hazırlanır. Danışıqlar sürətli aparılarsa o zaman gələn ildən Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza və ya hətta qısa müddət üçün vizasiz Avropa Birliyinə səfər etməsi mümkün olacaq.

Rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) viza lebarallaşdırılması ilə bağlı layihə həyata keçirdiyini və mərkəzin  bu sahədəki bir sıra təkliflərinin Azərbaycan hökuməti tərəfindən qəbul edildiyini bildirən V.Bayramov deyib ki, qısa müddətdən sonra ölkəmizə gələn əcnəbilər də sadələşdirilmiş üsul ilə viza ala biləcəklər. Onların vizaya on-line və eləcə də səyahət agentlikləri vasitəsi ilə müraciət etməsinin reallaşması üzərində işlər gedir.

V.Bayramov onu da deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasındakı viza liberallaşdırılması sözügedən qitə ilə ölkəmiz arasında iqisadi əlaqələrin genişləndirilməsinə və qeyri-neft sektoruna daha çox investisiyanın cəlb edilməsinə imkan yaradacaq.

 

Leave A Comment