Amerkanın defolt təhlükəsi dünya birjalarını silkələdi

Amerkanın defolt təhlükəsi dünya birjalarını silkələdi

Vüqar Bayramov: “Qızılın qiymətini yeni rekorda çatması, dollarini dəyərsizləşməsi ABŞ Prezidentinin müflüşləşmə təhlükəsindən danışması ilə bağlıdır”

ABŞ Prezidenti ölkəsinin defolta gedə bilməsi ilə bağlı bəyanat verib. ABŞ tarixində ilk dəfə olaraq daxili borclarının həcmi Ümumi Daxili Məhsulu (ÜDM) üstələyib. Amerika iqtisadiyyatında müşahidə edilən problemlər dünya bazarına ciddi təsir göstərməkdədir.

İqtisadçı alim Vüqar Bayramovun fikrincə, qızılın qiymətində son artımlar bilavastə ABŞ-ın iqtisadiyyatının müflis olma təhlükəsinin aktuallaşması ilə bağlıdır: “ABŞ-da daxili borcların məbləğinin kəskin yükəslməsi ABŞ-da kifayət qədər ciddi iqtisadi problemlər yaradıb. Bu isə qiyməti azalmaqda olan qızıla “yeni nəfəs” gətirib. Əslində, qızıla tələbatın azalması səbəbindən qiymət azalmaları proqnozlaşdırılsa da məhz yeni qlobal böhran qorxusu qiymət artımları yaratdı”.

V. Bayramov bildirib ki, qızılın qiymətindəki dəyişikliklər birbaşa Vaşinqtondan qəbul edilən qərardan asılı olacaq. Bununla belə, yaxın vaxtlarda ciddi qiymət artımları proqnozlaşdırılmır. Güman edilir ki, dünya bazarında qramı hal-hazırda 51 dollara satılan qızıl yaxın vaxtlarda 60 dollarlıq həddi aşmayacaq. Qızılın qiymətinin azalması eyni zamanda dolların məzənnəsinin aşağı düşməsi ilə bağlıdır.

İqtisadçı alim bildirib ki, ABŞ-da müşahidə edilən son dəyişikliklər bu ilin payızında yeni qlobal böhran dalğasının yaranmasını istisna etmir.

 

Leave A Comment