Iqtisadi Inteqrasiya Brüssel Gündəliyində

Iqtisadi Inteqrasiya Brüssel Gündəliyində

İlk dəfə olaraq Brüssel toplantısına azərbaycanlı alim sədrlik edəcək

Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı VCF-nin İqtisadi İnteqrasiya İşçi Platformasının 2012-ci il üçün iliik yığıncağı iyulun 9-da Belçikanın paytaxtı Brüssel şəhərində öz işinə başlayıb. Yığıncaqda sözügedən proqrama üzv olan 6 ölkənin (Azərbaycan, Gürcüstan, Moldova, Ukraya, Belarus və Ermənistan) deleqasiyaları ilə yanaşı Avropa Birliyinin müxtəlif ölkələrini və eləcə də qurumlarini təmsil edən nümayəndələr iştirak edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Avropa Birliyi iqtisadi inteqrasiya komissiyasının rəhbəri olduğundan bu ali yığıncağa sədrlik edəcək. Qeyd edək ki, ilk dəfə olaraq işçi platformanın illik yığıncağına azərbaycanlı nümayəndə sədrlik edəcək.

Vüqar Bayramov bildirib ki, yığıncaqda Avropa Komissiyasının rəsmisi Maciej Stadejek, Avropa İqtisadi və Sosial Komissiyasının üzvləri Ivan Voles və Hubert Cambier və qitənin digər rəsmi şəxsləri iştirak edirlər.

Tədbirdə eyni zamanda proqrama üzv olan ölkələrin nümayəndə heyətlərinin təqdimatları həyata keçirilir. Görüşdə ölkə hökumətləri üçün hazırlanan tövsiyyələr paketi müzakirə edilib və təsdiq olunacaq.

Qeyd edək ki, Vüqar Bayamov Avropa Komissiyasında komissiya sədri seçilmiş ilk azərbaycanlıdır.

Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində tanınmış ekspertlər Sabit Bağırov, Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Zöhrab İsmayıl, İlqar Hüseynli və başqaları iştirak edirlər.

Leave A Comment