Dənizkənarı Bulvarda Qiymətlər Niyə Tənzimlənmir?

Dənizkənarı Bulvarda Qiymətlər Niyə Tənzimlənmir?

Vüqar Bayramov: “Bakı Dənizkənarı bulvarında qiymətlər Batumi Bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas Parkı ilə müqayisədə 2 dəfə bahadır”

“Dənizkənari Bulvarda əsas xidmətlər üzrə qiymətlər süni və şişirdilmiş qiymətlər olduğundan onların aşağı salınması ilə mübarizənin aparılması və qiymətlərin tənzimlənməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyi ölkənin bütün ərazisində o cümlədən Dənizkənarı Bulvarda süni qiymətləri qadağan edir”- bu haqda mətbuat üçün açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin Sədri Vüqar Bayramov bildirib.

Vüqar Bayramov deyib ki, Dənizkənarı Bulvarda qiymətlərin süni şəkildə şişrdilməsi nəinki aztəminatlı vətəndaşlarımızın hətta orta təbəqə nümayəndəsi olan ailələrin də bulvardan səmərəli istifadəsinə imkan yaratmır. Bakı Dənizkənarı bulvarında qiymətlər Batumi Bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas Parkı ilə müqayisədə 2 dəfə bahadır. Bir uşağın bulvardakı 5 uşaq əyləncə xidmətinin istifadə xərci ölkə üzrə minimum əmək haqqının 16 faizi qədərdir. Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə ən azı 2 dəfə bahadır. Təbii ki, şəhərin mərkəzindəki bir neçə bahalı xidmət obyektləri o cümlədən restoranlar ilə bulvardakı qiymətin müqayisəsi yolverilməzdir. Bulvar ölkənin əsas milli parkıdır və mill parkdakı xidmətlər yalnız varlılar üçün bütün vətəndaşlar üçün əlçatan olmalıdır.

İqtisadçı alim bildirib ki, Bakı Bulvarındakı qiymətlər nəinki qonşu ölkələr hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir. Minimum əmək haqqı 93,5, orta əmək haqqı 397 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur.

Vüqar Bayramov əlavə edib ki, bulvarda təklif edilən əsas xidmətlər maya dəyərindən bir neçə dəfə baha satılır. Hətta şəhərin, demək olar, bütün ərazilərində standard qiymətə təkli edilən su və meyvə şirələri də süni qiymətlə təklif edilir. Bu ölkə qanunvericiliyinə zidd olduğu üçün bu qiymətlərə qarşı mübarizənin aparılmasın ehtiyac var. Bulvarda qiymətlərin tənzimlənməsi həyata keçirilməyincə ölkə vətəndaşların əskərtiyyətinin bulvardakı xidmətlərdən istifadə etməsi mümkün olmayacaq.

Leave A Comment