ABŞ-dakı defolt dövlət rezervlərimizin 21 milyard dollarını təhlükə altına ala bilər

ABŞ-dakı defolt dövlət rezervlərimizin 21 milyard dollarını təhlükə altına ala bilər

 

Vüqar Bayramov: “Okeanın o tayındakı defolta yalnız Amerika deyil, Azərbaycan daxil olmaqla bütün dünya hazır olmalıdır

Dünya iqtisadiyyatı yeni borc böhranı təhlükəsi ilə üzləşib. Xüsusilə, avqustun 2-də Birləşmiş Ştatlar  respublikaçıların dövlət borcunun həddini artırmaq istəməməsi səbəbindən defolt elan edərsə  böhran qaçılmaz olacaq. Nəticədə  dünya  iqtisadiyyatında yaranan vəziyyət 1930-cu illərin depressiyasının təkrarlanmasını şərtləndirəcək..

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,  ABŞ   avqust ayının 2-də defoltla bağlı qərar verməlidir: “Birləşmiş Ştatların  defolt elan edəcəyi istinasız deyil.  1998-ci ildə Rusiyanın defolt elan etməsindən sonra yaranan böhranın səbəblərini izah etmək asan olsa da dünya iqtisadiyyatının 3/1-nə malik ölkənin belə bir qərar verməsinin nəticələri qaranlıqdır.”

V.Bayramovun sözlərinə görə,  ABŞ xarici borcların həcminə görə dünyada birincidir: “Birləşmiş Ştatların xarici borclarının məbləği 14 trilyon 300 milyard dollara çatıb.  Bu adambaşına 45 min 97 dollar  xarici borc deməkdir. Nəzərə alsaq ki, ABŞ konqresi xarici borclar üçün limit – “tavan” müəyyən edib və həmin “tavan” xarici borcların ümumi daxili məhsuldakı payı ilə  müəyyənləşir. Xarici borcların ümumi daxili məhsuldakı payı  artıq 95 faizə çatıb. Belə halda xarici borcl problemi Birləşmiş Ştatlara defoltdan başqa alternativ yaratmır”.

Ekspert bildirir ki, ABŞ Konqresi cari ilin fevral ayında xarici borcların ÜDM-dəki payı ilə bağlı  14 trilyon 294 milyard dollar  limit müəyyən edib: “Əslində Ağ Evlə Konqres arasında müzakirələrin aparılması həmin limitə yenidən baxılması və yeni limitin müəyyənləşdirilməsi məqsədi daşıyır. Artıq ABŞ konqresinin aşağı palatası  Ağ evin ölkənin kredit vermə limitinin hazırki 14.3 trilyon dollardan 16.7 trilyon dollaradək artırılması təklifini qəbul etməyib Xatırladım ki, son 10 ildə konqres xarici borcların ümumi daxili məhsuldakı  “tavan”nın yüksəldilməsi isitiqamətində qərarını 9 dəfə dəyişib. Amerika yalnız Ağ Evlə konqres arasında aparılan danişiqların uğurla nəticələnməsi şəraitində defolta getməyə bilər”.

 

 

Məlum olur ki, xarici borcların həcminə görə dünyada ikinci sırada Birləşmiş Krallıq yer alır: “Birləşmiş Krallığın xarici borcunun həcmi 8 trilyon  981 milyard dollardır. Növbəti sırada yer alan Almaniyanın xarici borcunun həcmi 4 trilyon 713 milyard dollar təşkil edir. Bununla belə Böyük Britaniya və Almaniyanın xarici borclarının ümumi həcmi Amerikanın xarici borclarının həcmindən azdır”.

Xarici borc probleminin dərinləşməsinin səbəblərinə gəlincə, V.Bayramov deyir ki, bu, son illər Amerikanın İraq və Əfqanıstanda həyata keçirdiyi tədbirlərə kifayət qədər böyük həcmdə vəsait xərcləməsi ilə bağlıdır: “   Eyni zamanda Birləşmiş Ştatların daxili borclarında da artımlar müşahidə edilir. ABŞ-ın daxili borcları 10 trilyon dollara yaxınlaşıb. Hansıki, bu da Amerika tarixində ən kritik rəqəm hesab olunur”.

ABŞ-ın borclu olduğu ölkələrin siyahısını açıqlayan mütəxəsis qeyd edir ki, Amerikada  çap edilən səhmlərin təxminən yarısı Asiya ölkələri tərəfindən alınıb: “Amerikanın dövlət səhmlərinin 26,4 faizini Çin alıb. Çin ABŞ-ın federal səhmlərinin 1, 2 trilyon dollarına sahibdir. İkinci sırada yer alan Yaponiya dövlət  səhmlərinin 19, 8 faizinə, Böyük Britaniya    səhmlərin 5,5 faizinə, Braziliya 4,3 faizinə malikdir. ABŞ-ın federal səhmlərini alan ölkələr arasında Rusiya da var. Rusiya federal səhmlərə görə Amerikanın borclu olduğu 7 –ci ölkədir. Belə ki, son illər Rusiya ABŞ-dan 167, 3 milyard dollar dəyərində dövlət istiqrazları alıb. Beləliklə  Amerikanı Asiya ölkələrinə daha   çox borclu hesab etmək olar”.

ABŞ-dakı defoltun dünya iqtisadiyyatına vura biləcəyi təsirlərdən söz açan  V.Bayramov bildirir ki, defolt  Birləşmiş Ştatların  iqtisadiyyatından daha çox dünya iqtisadiyyatına mənfi təsir edəcək: “  Amerika defoltunun  dünya, eləcə də Azərbaycan iqtisadiyyatına ciddi təsirləri ola bilər. Defolt dünnya iqtisadiyyatında iqtisadi oyun qaydalarını dəyişəcək. Strateji məhsulların satışı ilə məşğul olan ölkələr, eləcə də OPEK dollardan imtina ilə bağlı danışıqlara başlayacaq. Nəzərə alsaq ki, dünyada dövlət rezervlərinin 46 faizi ABŞ dollarla saxlanılır, rezervlərin məbləği aşağı düşəcək”.

Defoltun Azərbaycan iqtisadiyyatına 3 istiqamətdə təsir edəcəyini bildirən  ekspertin sözlərinə görə, bu gün Dövlət Neft Fondunun səhmlərinin 47 faizi ABŞ-da saxlanılır: “Həmin istiqrazların dəyəri aşağı düşəcək. Digər tərəfdən defolta gedilərsə, emisiya və pula olan inamın azalması nəticəsində dolların məzənnəsi düşəcək. Bu da dollarla saxlanılan rezervlərin (70 faiz dollarla saxlanılır ) dəyərinin azalması demək olacaq. Amerika defoltu Azərbaycanın 21 milyard dollar rezrevinin dəyərini sual altına alır. Defoltdan sonra real bazarda yaranacaq böhran neftə olan tələbatın azalmasına gətirib çıxaracaq. “Qara qızıl”ın qiyməti düşəcək. İxracatının 92 fazini neft və neft məhsulları,dövlət büdcəsinin 75 fazini neft gəlirləri, ümumi daxili məhsulun formlaşmasının 68 faizini neft istehsalı təşkil edən Azərbaycan iqtisadiyyatı üçün bu, heç də müsbət  nəticələr vəd etmir. Amerikadakı defolt qlobal maliyyə böhranından kəskin böhran yaradacaq. Hətta bir sıra sektorlar sıradan çıxacaq”.

 

Leave A Comment