Dövriyyədə iri nominalda əskinaslar?

Dövriyyədə iri nominalda əskinaslar?

Dövriyyəyə iri nominalda əskinasların  buraxılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, Mərkəzi Bank rəhbərinin
birinci müavini Alim Quliyev Azərbaycanda dövriyyəyə 100 manatdan artıq pul əskinaslarının buraxılacağını bəyan edib. Məlum olub ki, yeni əskinaslar 200 və 500 nominalda olacaq. Yeri gəlmişkən MB rəsmisi bu məsələnin sadəcə  planlaşdırıldığını, hələ ki, konkret qərarın qəbul edilmədiyini bildirib. Müstəqil eksperlər də hazırkı şəraitdə bunu müsbət qərar hesab etmirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun Publika.Az-a açıqlamasına görə, pul dövriyyəsinə iri nominallı əskinasların buraxılması üçün real iqtisadi zəmin yoxdur: “Əvvəla ölkədə orta aylıq əməkhaqqı 401,7 manat təşkil edir. Dünyanın heç bir ölkəsində isə əskinasın dəyəri orta aylıq əməkhaqqıdan çox deyil. 1 əskinasın dəyərinin orta aylıq əməkhaqqıdan yüksək olması təkcə iqtisadi deyil, psixoloji baxımdan da acınacaqlı haldır”.

V.Bayramov hesab edir ki, Azərbaycan bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir: “Orta aylıq əməkhaqqı dövriyyədə olan ən yüksək dəyərli əskinasdan 8 dəfə çoxdur. Eyni zamanda manatdan fərqli olaraq avro həm Avropa Birliyində, həm də kənarda yığım vasitəsi kimi istifadə edilir. Nəticədə iri məbləğli əskinasların avro ilə yığımı sürətlənir. Azərbaycan manatı yalnız ölkə daxilində yığım vasitəsidir. O baxımdan iri əskinasların dövriyyəyə buraxılmasının manatla yığımın artırılması məqsədi daşıdığına dair arqumentlər real ola bilməz”.

Ekspertin fikrincə, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasının piortet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı
hesablaşmaların artmasına səbəb olacaq.

Leyla

Leave A Comment