İri nominallı əskinaslar inflyasiya yaradacaqmı?

İri nominallı əskinaslar inflyasiya yaradacaqmı?

Vüqar Bayramov: “Orta aylıq əmək haqqı 400 manatda az olan ölkədə 500 manatlıq əskinasın dövriyyəyə buraxılmasını ciddi qəbul edilə bilməz”

Dövriyyəyə iri nominalda əsginasların buraxılması məsələsi yenidən gündəmə gəlib. Mərkəzi Bankın (MB) əsaslandırmasına görə, daha böyük nominalda əsginasların buraxılması ölkədə pul dövriyyəsini daha effektiv etmək və dövlət xərclərini azaltmaq məqsədini güdür. Belə ki, hazırda ölkədə yuxarı nominallı əsginasların xüsusi çəkisi həddindən artıq çoxalıb. Belə şəraitdə dünya praktikasındaki kimi əlavə olaraq böyük nominalda əsginaslar buraxılmalıdır ki, yuxarı nominallı əsginaslara düşən yük aradan qalxsın. Yeri gəlmişkən onu da bildirək ki, MB 200 və 500 nominallı əsginaslar buraxmaqa hazırlaşır.

İqtisadi və Sosial inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, pul dövriyyəsinə iri nominallı əsginasların buraxılması üçün real iqtisadi zəmin yoxdur: “Əvvəla ölkədə orta aylıq əməkhaqqı 400 manat təşkil edir. Dünyanın heç bir ölkəsində isə əsginasın dəyəri orta aylıq əməkhaqqıdan çox deyil. 1 əsginasın dəyərinin orta aylıq əməkhaqqıdan yüksək olması təkcə iqtisadi deyil, psixoloji baxımdan da acınacaqlı haldır. Digər tərəfdən dövriyyəyə 500 manatlıq əsginasların buraxılmasının əsasları yoxdur. Azərbaycan
bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir.Göründüyü kimi, orta aylıq əməkhaqqı dövriyyədə olan ən yüksək dəyərli əskinasdan 8 dəfə çoxdur. Buna görə də, Azərbaycanda əskinasların nominallarını Avropa ölkələri ilə müqayisə etmək doğru olmazdı”.

Vüqar Bayramov bildirib ki, dünyanın ən güclü iqtisadiyyatına malik ola ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Bu ölkədə xüsusi hesablaşmalar üçün 1000 dollarliq əskinaslardan istifadə edilir, amma bu ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 65 faizini ABŞ valyutası  ilə saxlanmasına baxmayaraq Federal Ehtiyatlar Bankı əskinasların üzərində rəqəmləri artırmağa tələsmir. Maraqlıdır ki, ABŞ-dan fərqli olaraq Azərbaycan Mərkəzi Bankı dövriyyəyə daha yüksək nominalı olan pullar buraxmaq niyyətindədir”.

İqtisadçı-alim bildirib ki,  Azərbaycan manatı yalnız ölkə daxilində yığı1m vasitəsidir. Baxmayaraq ki, manatdan fərqli olaraq avro həm Avropa Birliyində, həm də kənarda yığım vasitəsi kimi istifadə edilir. Nəticədə iri məbləğli əsginasların avro ilə yığımı sürətlənir. O baxımdan iri əsginasların dövriyyəyə buraxılmasının manatla yığımın artırılması məqsədi daşıdığına dair arqumentlər real ola bilməz. Hətta əsas yığm vasitəsi olan ABŞ dolları da daha aşağı nominallı əskinaslar ilə öz funksiyasını bütün valyutalardan daha yaxşı yerinə yetirir”.

Vüqar Bayramov bildirib ki, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasının piortet olduğu zamanda iri əsginasların dövriyyəyə
buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: “Bu addım pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi tendensiyasını sürətləndirəcək. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixiloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərəcək”.

İSİM rəhbəri əlavə edib ki, iri əsginasların dövriyyəyə buraxılmasının istehlak bazarına psixoloji təsirlərinə də toxunub. Qeyd edib ki bu prsoses istehlak bazarında gərginliyin yaranmasına səbəb ola bilər: “İri əsginasların dövriyyəyə buraxılması istehlak bazarında qiymətlərin artımına, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu baxımdan iri nominallı əskinasların inflyasiya yaradacağı, təəssüf ki, qaçılmaz olacaq”.

 

Leave A Comment