Azərbaycanda ən populyar iş yerləri hansılardır?

Azərbaycanda ən populyar iş yerləri hansılardır?

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə “Эхо” qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Bu fikirlərində Bayramov keçirilmiş qeyri-rəsmi sorğunun nəticələrinə istinad edib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları arasında daha populyar olan Dövlət Neft Şirkətidir (ARDNŞ).

“Düzdür, vətəndaşlar xarici neft şirkətlərində işləməyi daha çox arzulayırlar, ancaq dövlət şirkətləri arasında ARDNŞ-nin rəqibi yoxdur. İkinci yerdə isə Mərkəzi Bankdır. Bundan sonra Vergilər, İqtisadi İnkişaf və Maliyyə Nazirlikləri gəlir. Özəl sektora gəlincə, vətəndaşlar daha çox banklarda işləməyi arzulayırlar”, – o əlavə edib.

Əhalinin əmək hüquqlarının müdafiəsi liqasının sədri Sahib Məmmədov da eyni fikirdədir.

“Əgər Azərbaycanın orta statistik vətəndaşından danışırıqsa, təbii ki, o, xarici neft şirkətlərində işləmək istəyərdi. Əgər xarici şirkətə düzəlmək mümkün deyilsə, onlar Dövlət Neft Şirkətinə işə düzəlmək istəyərlər. Sadə vətəndaşlar yüksək əmək haqqı və stabil iş olan yerlərdə işləmək istəyirlər”, – o qeyd edib.

Leave A Comment