2013-ci ilin dövlət büdcəsi nə vəd edir?

2013-ci ilin dövlət büdcəsi nə vəd edir?

Gülnar İsmayılova: “2013-ci ilin dövlət büdcəsi də investisiya yönümlü olacaq”

Azərbaycan Prezidenti İlham Əliyev dekbarın 14-də 2013-cü il üçün dövlət büdcəsini təsdiq edilməsi haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri  19,159 milyon manat, xərcləri 19, 850  milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18, 462 milyon manat, yerli gəlirləri 696 602,2 min manat və mərkəzləşdirilmiş xərcləri 18, 335 milyon manat, yerli xərcləri 1, 514 milyon manat) məbləğində təsdiq edilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Gülnar İsmayılova gələn ilin büdcə paketini şərh edərək bidirib ki, 2013-ci ilin büdcəsi əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə özünəməxsus fərqlilikləri vardır. Belə ki 2013-cü il dövlət büdcəsinin həm gəlirlər həm də xərclər bölməsində artım gözlənilir. Yəni gəlirlər üzrə 12.4%, xərclər üzrə isə 12.1% artım tempi olacağı proqnozlaşdırılır. Bununla yanaşı bir sıra istiqamətlərə o cümlədən, təhsil sahəsinə ayrılmış vəsaitlərdə əvvəlki il ilə müqayisədə ciddi artımlar olmayacaq. Vəsaitlərin çox hissəsi ümumi dövlət xidmətləri, Müdafiə, Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, Nəqliyyat və Rabitə, Əsas bölməyə aid edilməyən xidmətlər üzrə sahələrdə müşahidə olunur.  2013-cü il büdcə layihəsinə əsasən bu ildə Dövlət Neft Fondundan daxilolmalar büdcədə daha üstün paya sahibdir, büdcə gəlirlərinin tərkibinin 59.3 %- nin neft transfertləri, 33.4% – i Vergilər Nazirliyi üzrə daxilolmalar, 7.2%-i Dövlət Gömrük Komitəsi tərəfindən,  5 mln. manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manatı sair daxilolmalar hesabına formalaşır. Ümumilikdə isə  dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılan ÜDM – nin 34.2 faizi, xərcləri isə ÜDM-nin 35.2 faizi olması gözlənilir.

G. İsmayılova deyib ki, 2013-cü il üçün nəzərdə tutulan büdcənin gəlirlərinin formalaşmasında Dövlət Neft Fondu tərəfindən transferler üstünlük təşkil edir. Ümumi dövlət büdcə vəsaitinin 11.350 milyon manati DNF-nun payına düşür, təxminən büdcənin formalaşmasının  59.3 % – ni neftdən gələn vəsaitlər təşkil edir. Və bu da öz növbəsində dövlət büdcəsinin formalaşmasında neftdən asılı olmasından xəbər verir. Qeyri-neft sektorunun payı cəmi 5.2 milyarddır . Daha sonra 6400 milyon manat Vergilər Nazirliyi və ya 33.4%,  1400 milyon manat Gömrük Komitəsi tərəfindən və ya 7.2%,  0.1% – ni isə digər mənbələr hesabına formalaşır. Vergilər Nazirliyi tərəfindən toplanılan vəsaitin 58,8%-i qeyri-neft sektorundan, 51,2%-i isə neft sektorundan daxilolmalar hesabına ödənəcək.

İqtisadçı-ekspert bildirib ki, büdcə gəlirlərinin artması büdcədən maliyyələşən istiqamətlər üzrə xərclərində artırılmasına səbəb olur. 2013-cü il dövlət büdcəsindən 19.8 milyard manat xərclənmə proqnozlaşdırılır , ÜDM –nin 35.3% -ni təşkil edəcək. Gələn il üçün nəzərdə tutulan xərclərdə sosial müdafiə və sosial təminat xərcləri 1.6%, ümumi dövlət xidməti xərcləri 52.7%, təhsil xərcləri 1.2%, müdafiə xərcləri 8.6%, məhkəmə hakimiyyəti və hüquq mühafizə, prokurorluq xərcləri isə 12.2% artması proqnozlaşdırılıb.

 

G.İsmayılova əlavə edib ki, səhiyyə xərclərinə 666 milyon manat ayrılma nəzərdə tutulub, ÜDM-nin 1 % -ni təşkil edir. Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı mütəxəsislərinin tövsiyyələrinə görə səhiyyə xərclərinin ÜDM-də minimum 3-3.5 % həcmində olması daha məqsədə uyğundur.  Bu baxımdan 2013-cü il dövlət büdcəsini sosial yönümlü deyil, investisiya yönümlü adlandırmaq olar. Qeyd olunduğu kimi 2013-cü ilin dövlət büdcəsinin gəlirləri öz xərclərini ödəyə bilməyərək kəsr yaranmasına səbəb olub. Xərclərin səmərəli və məqsədyönlü istiqamətlərə yönəltmək əsas vəzifələrdəndir. Büdcənin  100 % – lik təsnifatının verilməməsi məsələn, bəzi xərc maddələrinin  (8.1.4, 8.2.4, 8.3.4, 8.4.7, 8.5.5, 8.7.4, 8.14.2, 8.14.3.4) istifadə olunma istiqaməti bildirilmir, İnvestisiya layihələri haqqında məlumat yoxdur, Təhsilə ayrılan vəsaitlərin az olması, ümumi dövlət xidmətləri xərclərinin çox olması kimi büdcəylə bağlı problemlərin aradan qaldırılması qarşıda duran öhdəliklərdəndir.

 

Leave A Comment