Nağdsız Hesablaşmalardan Niyə İstifadə Etmirik?

Nağdsız Hesablaşmalardan Niyə İstifadə Etmirik?

Rəşad Həsənov: “Nağdsız hesablaşmalar dövriyyəni cəmi 0,4 faizini təşkil etdiyindən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac  var

Son zamanlar nağdsız ödənişlərin həyata keçirilməsi imkanlarının genişlənməsinə baxmayaraq insanlar alqı-satqı əməliyyatlarını nağd pulla aparmağa üstünlük verir. Bu səbəbdəndir ki, Mərkəzi Bankın açıqlamasına görə cari ilin 9 ayı ərzində butövlükdə ödəniş sistemləri vasitəsi ilə cəmi 84.426 mln manat ödəniş həyata kecirilib ki, bu keçən ilin eyni dövrü ilə müqayisədə 16%-lik artımın olması deməkdir

Iqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirib ki, 2012-ilin eyni dövrü ərzində istehlak malları və xidmət sektorunda 20.5 milyard manatlıq məhsul realiz edilib.Deməli nağdsız dövriyyənin həcmi cəmi 0.4% olub. Lakin, ötən illə müqayisədə quraşdırılıb istifadiyə verilən Pos terminnalların sayı təxminən 2 dəfə artaraq 36 min, banklar tərəfindən müştərilərə verilmiş ödəniş kartlarının sayı isə 10% artaraq 4.92 milyon ədəd olub.Bankın məlumatından aydın olur ki, cari ilin 9 ayı ərzində hər POS terminal vasitəsi ilə orta hesabla aylıq 260 manat və hər ödəmə kartı vasitəsi ilə isə təxminən 1.9 manatlıq əməliyyat aparılıb.Rəqəmlərdəndə də göründüyü kimi, kartlardan əsasən vəsaitlərin bankamatlar vasitəsi ilə nağdlaşdırılması məqsədi ilə istifadə edilir.

İSİM-in eksperti deyib ki, cəmiyyətdə nağdsız ödəmələrə laqeyidlik mövcuddur. Aparılan sorğumuz göstərir ki, əhalinin böyük bir kəsimi ümumiyyətlə ödəmənin bu növündən xəbərsizdir.Hətta bəzi hallarda POS terminal quraşdırılmış obyekt sahibləri belə bu qurğunun nə məqsədlə istifadə oluduğunu və necə istifadə edildiyini bilmir.Çünki, dəfələrlə şahid olursan ki, alıcı ödəməni kart vasitəsi ilə həyata keçirmək istəyir lakin, bu əməliyyatı icra edə biləcək kimsə olmur. Digər tərəfdən POS terminallar vasitəsi ilə edilən dövriyyə vəsaiti realizə edildiyi zaman komisiyon xərci ilə üzləşir ki, bu da əlavə məsrəfə səbəb olur.Həmçinin, bu vəsaitlər heç bir cətinlik olmadan vergiyə cəlb edilir ki, bu da faktiki olaraq Azərbacanlı sahibkar üçün arzu edilən deyil.Bunlarla yanaşı mentalitetdən irəli gələn “ az olsun ancaq, nağd olsun” prinsipini də nəzərə aldıqda işbazların bu sahədə baş verəcək tərəqqiyə biganəliyinin səbəbini başa düşmək olar.

R. Həsənovun fikrincə, problemin digər tərəfi satıcının bank komisyonu və ödəyəcəyi vergini alıcının vəsaiti hesabına kompensasiya etmək cəhdidir. Və yaxud da satıcı bunu edə bilmədikdə bir çox hallarda müştərini yaxınlıqdakı bankomata yönləndirir ki, ödəniş məbləgini nağd formada əldə etsin.Bəzən isə ödənişin bu formasında alıcı daha çox vaxt itirir. Həmçinin POS terminalların quraşdırılıb başa catmaması və sosial-iqtisadi sferanı tamamilə əhatə etməməsi səbəbindən əhali nağd pullar olmadıqda cətinliklərlə üzləşir ki, nəticədə nağd pul həyatın bütün sahələrində hələ də əvəzedilməzdir.

Ekspertin sözlərinə görə, bir neçə fakta nəzər salmaq kifayətdir ki, inkişaf etmiş ölkələrin bu sahədə qət etdiyi yolu görmək mümkün olsun.1661-ci ildə dünyada ilk dəfə banknotlardan istifadə edən İsveç hazırda nağdsız pul dövriyyəsinə görə də birinci yerdə dayanıb.Bu ölkədə nağd pul dövriyyəsi cəmi 3%-dir.İnkişaf etmiş asiya ölkəsi olan Yaponyada isə nağd pulla aparılan əməliyyatlar ümumi dövriyyənin 5%-ni təşkil edir.Avropa Birliyində isə analoji göstərici 9%-dir. Problemin aradan qaldırılması üçün ilk əvvəl əlaqədar qurumlar və banklar(banklar göstərdikləri xidmətə görə komisyon faizləri qazanır ki, bu da sektor gəlirlərini böyük həcmdə kredit faizlərindən asılığını azalda bilər) kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğat kompaniyaları aparmalı və bu zaman sadə vətəndaşı razı salacaq arqumentlərə üstünlük verilməlidir.Vətəndaş inanmalıdır ki, kredit kartları nağd puldan daha etibarlıdır.O bilməlidir ki, üzərində nağd pul olmadıqda onu itirmək və ya soyulmaq qorxusu da olmayacaq.Kartı itirmək isə heç də pulu itirmək deyil.Bu zaman müvəkkil banka zəng etməklə hesabı bağlada və yeni karta köçürə bilirsən.

R. Həsənov deyib ki, banklar gəlirlərinin bir qismini bonuslar şəklində vətəndaşa qaytarmaqla nağdsız ödənişləri təşviq etməlidir.Hazırda bu sahədə müəyyən addımlar atılsada tamamilə sektoru əhatə etmir və ən əsası reklam rolikləri məsələdən məlumatı olmayan adamları cəlb edəcək qədər aydın olmur.Ümumiyyətlə bu sahədə vətəndaş informasiya azlığından əziyyət çəkir. Bu sahədə irəliləyiş əldə etmək üçün atılacaq vacib addımlardan biri isə dövriyyənin bu növünə vergi güzəştlərinin tətbiq edilməsidir.Təklif edirik ki, ikili vergi bəyannamələri tətbiq edilsin.Nağd və nağdsız dövriyyələr fərqli dərəcələrlə daha dəqiq desək nağdsız dövriyyə 50% az vergiyə cəlb edilsin.Bu zaman itirilən vəsait bu növ dövriyyənin coxalması və itkisiz vergiyə cəlb edilməsi nəticəsində kompensasiya ediləcək.Vergi güzəştlərinin tətbiqi həmcinin, nağd vəsaitlərin azalması və yaxud da olmaması nəticədə oğurluq, soyğun, saxta əskinasların dövriyyəsi və yaxudda qalıq pulun qaytarılmasında səhvliklər kimi bir cox gündəlik qayğılar aradan qalxacaq.Bu kimi üstünlükləri sahibkarları özünə cəlb edəcək. Doğrudur Vergilər Nazirliyi vergi imtiyazlarını da nəzərdə tutan təkliflər paketini Nazirlər Kabinetinə təqdim edib.Lakin hələlikdə bu sahədə hər hansı rəsmi addım atılmayıb.

İSİM eksperti əlavə edib ki, ağdsız hesablaşmaların artması kölgə iqtiadiyyatı üçün ciddi zərbədir.Məhz məsələnin bu tərəfin vətəndaşa aydın izah edilməlidir.Vətəndaş bilməlidir ki, onun kartla ödədiyi vəsait avtomatlaşdırılmış sistem vasitəsi ilə vergiyə cəlb edilir ki, bu zaman vergidən yayınma mümkün olmur.Tutulan vergi alıcının hesabından deyil satıcı tərəfin hesabına ödənilir.Sahibkar da bilməlidir ki, onun biznesi leqallaşdıqca inzibati orqanlar tərəfindən tələb edilən qeyri rəsmi ödənişlər(rüşvət) aradan qalxır , sahibkarlıq fəaliyyətinə kənar müdaxilə azalır və nəticədə stressiz fəaliyyət mümkün olar.Nağdsız ödəniş sisteminin təşəkkül tapması sonda qeyri qanuni fəaliyyət sferasını sıxışdıracaq. Müasir dövlət və inkişaf etmiş mədəniyyət cəmiyyətin şüur səviyyəsinin artması və yeniliklərə sürətli üyğunlaşma ilə mümkündür.Zaman keçdikcə üzərində nağd pul daşıyan insanlar geri düşüncəli hesab ediləcək.

 

Leave A Comment