2012-ci ilin iqtisadi yekunlarını necə qiymətləndirmək olar?

2012-ci ilin iqtisadi yekunlarını necə qiymətləndirmək olar?

Gülnar İsmayılova: “Regional enerji siyasətində atılan mühüm addımlara rəğmən bir sıra ənənəvi problemlər növbəti ilə keçdi”

Artıq 2012-ci ilin son günlərini yaşayırıq. Yola saldığımız il iqtisadi baxımdan bir sıra mühüm hadisələr ilə yadda qalsa da ənənəvi iqtisadi problemlərin həll edilməməsi kimi yadda qaldı.

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Gülnar İsmayılova bildirib ki, hər il olduğu kimi 2012-ci ildə ölkə iqtisadiyyatı üçün müəyyən dərəcədə həm müsbət, həmdə mənfi proseslərlə xarakterizə etmək olar. Ölkənin iqtisadi inkişafına stimul verən layihələr, qanunvericilkdə müəyyən dəyişiklərin olması, sosial-iqtisadi infrastruktur tədbirlər kompleksinin həyata keçirilməsi müsbət nəticə kimi dəyərləndirmək olar. Eyni zamanda ölkənin iqtisadi inkişafına maneçilik törədən ənənəvi problemlər tam həllini tapa bilməyərək, növbəti illərdə də davam etmə imkanı yarandı.

 

Ekspertin sözlərinə görə, 2012-ci ilin 11 ayı ərzində istehlak mallarının qiymətləri və xidmət tarifləri keçən ilin müvafiq dövrünə nisbətən 1.2% bahalaşmışdır.        2012-ci ilin makroiqtisadi proqnozlarına əsasən inflyasiya 6% olacağı proqnozlaşdırılsada, ilin sonuna kimi 3-4% olacağı bildirildi.

 

Gülnar İsmayılova deyib ki, Ümumi Daxili Məhsul artımı ilə bağlı proqnozlara tam olaraq əməl etmək mümkün olmadı. Belə ki, cari ilə 5,7 faiz artım proqnozlaşdırılsa da hələlik 1,2 % artım qeydə alınıb. ÜDM-nin istehsalı qeyri-neft sektorunda 9.7% artmış, neft sektorunda isə 6.5% azalmışdır.

 

İSİM-in eksperti bildirib k, sənaye sahəsində məhsul istehsalı ötən illərə nəzərən 3.3% azalmış, sənaye məhsulu istehsalı neft sektorunda 5.3% azalıb, qeyri-neft sektorunda isə 7.4% artmışdır. Əsas kapitala 12.6 milyard manat yönəldilmişdir, 7.6 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala ayrılmış vəsait 24% artmışdır. Aqrar sektorda isə bitkiçilik məhsulları istehsalı 5.8%, heyvandarlıq məhsulları istehsalı 5.5% və kənd təsərüffatının ümumi məhsulu 5.7% artmışdır. Lakin, bostan məhsulları və şəkərçuğundurunda artım olmamışdır.

 

Bu ilin ən mühüm hadisəsi birmənalı şəkildə Trans anadolu qaz kəməri (TANAP) reallaşdırılması haqqında hökümətlər arası saziş imzalanması və ölkənin enerji siyasətində strateji istiqamətin müəyyənləşdirilməsidir. Digər mühüm islahat ilin əvvəlində ölkə prezidentinin sərəncamına əsasən keçmiş SSRİ-nin əmanət kassalarında olan vəsaitlərin kompensasiya edilərək qaytarılması oldu. Avtomobillərin icbarı siğortası siğorta bazarlarının inkişafına stimul vermişdir. İyulda metal konstruksiyalar zavodu istismara verilib, metanol zavodunun tikintisi davam edir, Sumqayıtda karbamid zavodunun tikintisi başlayır. Buğda və meslin, buğda unu və ya buğda çovdarı unu 1 il müddətinə  ƏDV-dən azad olunması müsbət addım hesab etmək olar.

 

Gülnar İsmayılova onu da bildirib ki, 2012-ci ildə həmçinin ənənəvi problemlər qalmağda davam etdi, bunlara inhisarçılığın davam etməsi, bazara girmə zamanı rastlaşan manelərin qalması, işsizlik məsələsinin öz həllini tam tapa bilməməsi, ölkə iqtisadiyyatının neftdən asılılığının davam etməsi, qeyri-neft sektorunun inkişafının üstələnməməsi tam təmin olunmaması ilə xarakterizə etmək olar.

 

 

 

Leave A Comment