ÜTT-dən kənarda qalmaq Azərbaycanın Avropaya inteqrasiyasına əngəl yaradır

ÜTT-dən kənarda qalmaq Azərbaycanın Avro-inteqrasiyasına əngəl yaradır

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Gürcüstanın Qafqaz İqtisadi və Sosial Araşdırmalar İnstitutu (Caucasian Institute for Economic and Social Research) ilə birlikdə Visegrad Fondunun dəstəyi ilə “Qafqaz üçün V4 Avro İnteqrsiya” tədqiqat proqramının icrasına başlayıb. Proqram çərçivəsində hər iki ölkənin Avropaya inteqrasiya məsələləri tədqiq edilir. Mərkəzin sədri Vüqar Bayramov bildirib ki, tədqiqatlar göstərir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatından (ÜTT) kənarda qalması ölkəmizin Avropaya inteqrasiyasına mənfi təsir göstərir. Məhz bu səbəbdən Avropa Birliyi hələ də Azərbaycan ilə Azad Ticarət Anlaşması ilə bağlı danışıqlara başlaya bilmir.

V.Bayramov son 2 ildə Azərbaycanda standartların və eləcə də qanunvericiliyin Avropa Standartlarına uyğunlaşdırılması ilə bağlı işlərin görüldüyünü də bildirib. Azərbaycanın ÜTT ilə danışıqları dava m etdiriməsi qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan verir.

İSİM sədri onu da deyb ki, AB ilə Azərbaycan arasında viza sadələşdirilməsi və readmisiya ilə bağlı danışıqların aparılması və sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi inteqrasiya prosesini sürətləndirəcək.

 

Leave A Comment