Üçot dərəcəsinin dəyişidirilməsi nəyi dəyişəcək?

Üçot dərəcəsinin dəyişidirilməsi nəyi dəyişəcək?

Vüqar Bayramov: “Mərkəzi Bankın üçot dərəcəsi hələlik iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsi baxımdan strateji alətə çevrilməyib”

Mərkəzi Bank üçot dərəcəsi bu gündən etibarən 5 faizdən 4, 75 faizə endirilib. Bankın yaydığı açıqlmaya görə, bu addım inflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq qəbul edilib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bankın bu addımını şərh edərək bildirib ki, uçot stavkasının 0,25 faiz aşağı salınması bank sektorunda hər hansı ciddi dəyişikliklərə səbəb olmayacaq: “Əvəlla, infilyasi səviyyəsinin aşağı olması ilə bağlı rəsmi rəqəmlərə rəğmən istehlak bazarında qiymət artımları müşahidə edilir. İkincisi, Mərkəzi Bankın üçot dərəcəsi hələlik iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsi baxımdan strateji alətə çevrilməyib. Üçüncüsu, bankın üçot siyasətindən daha çox məzənnə siyasəti qeyri-neft sektorunun dəstəklənməsi üçün əhəmiyyətlidir ki, bu sahədə də tənzimlənə valyuta rejimi hələ də saxlanilmaqdadır. Dördüncüsü, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin cəmi 5 faizini təşkil etdiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlər ilə təmin edilməsinə səbəb ola bilməz. Beşincisi, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə yoxdur. Altıncısı, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyilərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığ üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır”.

İqtisadçı alim bildirib ki, uçot stavkasının aşağı salınmasından yalnız mərkəzləşdirilmiş kreditlərə çıxış imkanları olan az sayda banklar yararlana bilər.Təəssüf ki, heç də bütün bankıların reallıqda bu vəsaitləri əldə etmək imkanları yoxdur. Bu isə MB-nin son qərarının heç də bütün bankları əhatə etməyəcəyindən xəbər verir.

İSİM sədrinin fikrincə, Mərkəzi Bankın uçot stavkasının azaldılması ilə bağlı qərarı daha çox bankın proseslərə çevik reaksiya verməsi görüntüsü yaratması təsiri bağışlayır. Aydındır ki, bank sektorunun indiki durumunda uçot stavkasının 0,25 faizi aşağı salınması əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Belə olan halda, MB-ni 1 faizin 1/4-i həcmində faiz endirimlərinə getməsini səbəbləri tam olaraq iqtisadi faktorlar ilə izah edilməsi çətinləşir. Avropa Mərkəzi Bankın uçot stavkası ilə bağlı sıfır tamlı endirimləri Azərbaycan Mərkəzi Bank üçün nümunə ola bilməz. Çünki hal-hazırda 0,75 % uçot stavkası olan Avropada hətta 0,05 faizlik endirimlər də bu qitənin bank sistemində ciddi dəyişikliklərə səbəb olub.

İqtisadçı alim onu da bildirib ki, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı.

 

 

 

 

Leave A Comment