CESD Beynəlxalq Konfransı “Sosial bazar iqtisadiyyatı üçün strateji imkanlar: milli və beynəlxalq prespektivlər”

CESD Beynəlxalq Konfransı “Sosial bazar iqtisadiyyatı üçün strateji imkanlar: milli və beynəlxalq prespektivlər”

Aprel, 08, 2013, Bakı, Azərbaycan

Təşkilatçılar: İqtisadi və Sosial İnkişaf Mərkəzi, Konrad – Adenauer – Stiftung və Qafqaz Universiteti,

Xülasələrin təqdim edilməsi üçün son tarix:  Fevral, 22, 2013

Konfransın işçi dili: Azərbaycan və İngilis dilləri

 

Konfransın məğzi (Layihənin təsviri)

20 il bundan əvvəl İnkişaf etmiş ölkələrdə nəzərə çarpan açılım və qloballaşma prosesləri, bir çox ölkələrdə yeni iqtisadi siyasət paradiqmaların meydana gəlməsinə səbəb olmuşdur. Bu dəyişim əsasən iqtisadi yüksəlişə və sabitliyə inam, yoxsulluq göstəricisinin aşağı endirilməsi ümidləri üzərində qurulmuşdur. Əsas məqsəd inkişaf etmiş ölkələrlə, inkişaf etməkdə olan ölkələr arasındakı gəlir fərqlərinin dəstəklə minimuma endirilməsidir. MDB ölkələrində vəziyyət qloballşama prosesində liberal maaliyyə və ticarət növlərinin bir parçası olan bazar iqtisadiyyatına keçidlə daha qarışıq bir hal aldı. Həm qloballaşma, həm də bazar iqtisadiyyatına keçid, sərbəst iqtisadi zona altında yüksək inkişaf, gəlir və həyat səviyyəsinin əsas amilləridir.

Buna baxmayaraq, yuxarıda adı çəkilən islahatların həyata keçirilməsindən sonra nəticələr gözlənilənin əksinə baş tutdu. Keçid prosesində iştirak edən dövlətlər qısa zamanda işsizlik problemi ilə üzləşmiş və xaricdən gələn köməyə ümid olmağa başlamışdılar. MDB ölkələrinin müqayisəsi prosesində bərabərsizlik indeksinin müqayisəsi zamanı çox ciddi və təhlükəli səhnələr meydana çıxır. CESD tərəfindən təşkil olunan “ Sosial bazar iqtisadiyyatı üçün strateji imkanlar: Milli və Beynəlxalq prespektivlər” beynəlxalq konfransı bazar iqtisadiyyatındakı inkişaf meyillərinin analiz edilməsi və hazırkı inkişaf prosesində Azərbaycan üçün təkliflərin hazırlanmasıdır. Bu tədbir özündə qloballşmanın təsirlərinin öyrənilməsini ( ticarət və maaliyyə liberallaşması daxil olmaqla), Yoxsulluğun səviyyəsinin aşağı endirilməsi strategiyasını və onun strateji əhəmiyyətini, bərabərsizlik problemi və iqtisadi inkişafı tədqiq etmək məqsədi daşıyır. Bu ilki konfrans sosial bazar iqtisadiyyatı kontekstində hazırkı iqtisadi trendləri dəyərləndirmək, vahid və bəlirli hədəflərə çatmaq üçün müddəalar müəyyən etmək və onlardan gəlirlərin yüksək səviyyəyə çatdırılması həmçinin bərarbərsizlik prinsipinin gözdən keçirilməsi məqsədi ilə həyata keçirilir. Konfransda iştirak etmək üçün Almaniyanın müxtəlif dövlət qurumlarının rəsmiləri, həmçinin qeyri-hökümət qurumlarının rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri və təqaüdçülər dəvət olunur.

Konfrans müxtəlif ekspertlərin, strateqlərin və digər simaların iqtisadi inkişaf sahəsində fikir yeridə biləcəkləri vahid bir platsdarm rolunu oynayacaq. Proqram gənc ekspertlərin düşüncələrini və müşahidələrini həyata keçirmək üçün yaradılan bir platformadır. Əsas məqsəd sosial bazar iqtisadiyyatı sahəsində təcrübələrin genişləndirilməsinə və iştirakçıların öz ölkələrindəki potensialın müəyyən edilməsinə həsr edilir.

Konfransın keçirilməsində digər bir məqsəd, Avropa və Azərbaycan arasında xüsusi vahid şəbəkə yaratmaqdır. Alman təqaüdçüləri, sosial iqtisadi bazar sahəsində intensiv çalışmalar aparır və bu çalışmaların nəticəsi olaraq şəbəkələrlə əlaqəyə keçir. Qloballaşmanın bugünkü kontekstində inkişaf və iqtisadi yüksəliş sadəcə ən əsas prinsipial şərtlərdən birinə çevrilməmiş, həm də yoxsulluğun tamamilə məhv edilməsinə yönləndirilmişdir. Sosial Bazar İqtisadiyyatı elmi demək olar bütün inkişaf etmiş ölkələrdə dərindən öyrənilmiş və tədqiq edilmişdir, lakin ən böyük problem keçid mərhələsindəki ölkələr üçündür, yəni Azərbaycan da daxil olmaqla MDB ölkələri üçün.

 

Konfrans iştirakçıları

Konfransa Azərbaycan və Almaniyadan dəvət edilmiş təqaüdçülər iştirak edəcəkdir, digər ərizələr də həmçinin CESD vasitəsilə maraqlı olan təqaüdçülərin dəvət olunacaqlar. Iştirakçıların sayı cəmi 50 nəfərə qədər müəyyələşdirilmişdir. Bunların 1 nəfəri Almaniyadan, 42 nəfəri Azərbaycandan, 7 nəfər isə digər inkişaf etmiş ölkələrdən olacaqdır.

 

Konfransdan gözlənilən nəticələr

Konfransın Bakıda həyata keçirilməsi ilə, nəzərdə tutulan əsas məqsəd ölkədəki bərabərsizliyi tamamilə aradan qaldırmaq, sosial bazar iqtisadiyyatına etibarlı keçidalmanın təmin olunması və bu kimi problemlərin daha ciddiyə alınması üçün Azərbaycan hökümətinə müraciətin edilməsidir. Ikinci məqsəd, Almaniya vasitəsilə, Azərbaycan və Avropa arasında vahid körpü rolunu oynayacaq  və müxtəlif elmi araşdırmaları, nəticələri, ekspertləri vahid şəkildə birləşdirəcək şəbəkənin yaradılması, inkişaf etmiş ölkələrdəki strateqlərlə və iqtisadçılarla vahid əlaqə sisteminin yaradılmasıdır. Üçüncü məqsəd, ictimaiyyətin diqqətinin sosial bazar məsələlərinə cəlb edilməsi, gəlir və sosial bərabərsizlik kimi halların iqtisadi inkişaf kontekstində minimuma endirilməsini təmin etmək. Dördüncü, konfransın əsas nəticəsi olaraq araşdırmaların bir yerə toplanması və nəşr edilməsi olacaqdır.

Məqlələrin yazılması ilə bağlı elan:

Xülasələrin yazılması və təsdiq olunmasının son günü 22 Fevral, 2013-cu ildir. Maksimum bir səhifəlik xülasələrin (Times New Roman şrifti, ölçü 11) CV ilə birlikdə Nərgiz Quliyevaya göndərilməsi xahiş olunur: nargizguliyeva@cesd.az

Leave A Comment