Qızıl qiymətində kəskin azalmlar müşahidə edilir

Qızıl qiymətində kəskin azalmlar müşahidə edilir

Vüqar Bayramov: “Son 1 ildə 7 faizdən artıq dəyər itirən qızılın qimətindəki enmələr Neft Fondunun aktivlərinin dəyərinin azalmasına səbəb olacaq”

Qızılın dünya bazar qiymətində azalamlar davam edir. Bu gün qızılın qiyməti son illərin ən aşağı rekordunu vurub: dünya bazarınd 1 qram qızıl 51 dollara təklif edilir. Qızılın 1 unsiyasının qiyməti isə 1606 dollardır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov bildirib ki, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alına qızılın 2013-cü ildə dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı. Böhran qızıla olan tələbatı artırsa da sonrakı mərhələ bu qiymətli məhsula olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Bu isə həmin dövrdə qızılın qiymətində artımlar ilə müşahidə edildi və bu qiymətli metalın qiyməti 2008-ci il böhran dövrü ilə müqayisədə 75 faizə yaxın artıb. Belə ki, əgər o zaman qızılın bir unsiyasının qiyməti 670 dollar idisə bu göstərici indi 1606 dollardır. Amma son 1 ildə qızılın qiymətindəki artımlar azalmalar ilə əvəz olunub. Bu baxımdan, əgər son 5 ildə qızılın qiymətində artımlar müşahidə edilibsə də son 1 ildə qızılın qiyməti 7,1 faiz aşağı düşüb. Yalnız son 1 ayda qızılın qiymətində  5 fazi azalma qeydə alınıb.

Vüqar Bayramov bildirib ki, azalma tendensiyası 2013-cü ilin növbəti aylarında da davam edəcək. Bununla belə, bu il qızıln qiymətində dramatik azalmalar gözlənilmir. Bu ilin birinci yarım ilində 1 qram qızılın orta qiymətinin 50 dollar olacağı poqnozlaşdırılır. Dünya bazarında neft qiymətinin yüksəlməsi və eləcə də bir sıra inkişaf etmiş ölkələrdə xüsusən də ABŞ-da real sektorda gəlirlik normasının yüksəlməsi investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub.

İqtisadçı alim bildirib ki, qızılın dünya bazar qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımdan da əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu 2012-ci ildə 15 ton qızıl alıb və bu il qızıl ehtiyatlarını 2 dəfə artırmaq niyyətindədir. Mərkəzi Bankın qızıl ehtiyatları yarım tondan çoxdur. Neft Fondu qızılın alma tarixi və eləcə də qiyməti ilə bağlı ictimaiyyətə məlumat vermədiyindən 1 qızılın Azərbaycana neçəyə baş gəldiyi bəlli deyil. Bununla belə, son 1 ildəki qiymət azalmaları Neft Fondunun qızıl biznesindən gəlir deyil, zərər əldə etdiyini söyləməyə imkan verir. Praktik olaraq, Neft Fondunun aldığı qızılın qiymətinin aşağı düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir.

Vüqar Bayramov 2008-ci ildən bəri dəfələrlə Neft Fondu aktivlərinin bir hissəsinin qızıla saxlanılmasını təklif etdiklərini deyib: “o zaman bu onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzuolunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan ativlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qızılın qiymətindəki son azalmalar fonunda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər. Qızıla böhrandan sonra tələbatın azalması müşahidə edilir və belə olan  halda Fondun qızıl aılışı nəinki geçikmiş qərardır, hətta presepektiv olaraq riskli addımdır”.

Qeyd edək ki, son aylar yerli qızıl bazarında da qiymət azalmaları müşahidə edilməkdədir.

 

Leave A Comment