Müsəlman ölkələrinin beyin mərkəzləri Qahirəyə toplaşıb

Müsəlman ölkələrinin beyin mərkəzləri Qahirəyə toplaşıb

İslam Ölkələrinin Beyin Mərkəzlərinin növbəti forumu Misirin paytaxtı Qahirə şəhərində öz işinə başlayıb. Tədbirdə Azərbaycanı dövlət beyin mərkəzi kimi Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), müstəqil beyin mərkəzi kimi isə İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) təmsil edir. Forumda dünyanın 57 ölkəsindən 100-dan artıq beyin mərkəzləri rəhbərləri təmsil olunur. Aparıcı beynəlxalq qurumların nümayəndələri də tədbirdə iştirak edirlər.

İSİM-in İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı məlumata görə, tədirdə iştirak edən Vüqar Bayramov “Resursla Zəngin olan İslam Ölkələrində İqtisadi Çətinliklər və Prespektivlər” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanlı alim əksər islam dövlətlərində mövcud problemlərin səbəblərinə toxunaraq müsəlman dünyasının iqtisadi göstəricilər də Qərb dünyasına kəskin uduzduğunu bildirib. İSİM sədri deyib ki, 57 müsəlman ölkəsinin cəmi ümumi daxili məhsulu Amerika Birləşmiş Ştatlarının malik olduğu anoloji məhsuldan 2 dəfə azdır və hətta bu göstəricidə Çin müsəlman ölkələrini 70 faiz üstələyir. Eyni zamanda, BMT-nin İnsan İnkişafı İndeksində ilk otuzluğa heç bir islam ölkəsi düşə bilmir. Vüqar Bayramov forumda iştirak edən digər spikerlərin İslam dünyasında vahid valyutanın dövriyyəyə buraxılması və vahid iqtisadi məkanın yaradılması ideyalarını dəstəkləmədiyini bildirirərək belə yanaşmaların iqtisadi əsaslarının olmadığını bildirib. O deyib ki, yaxın illərdə İslam ölkələrinin vahid valyutasının dövriyyəyə buraxılması mümkün olmamaqla yanaşı bunun reallaşması mexanizmləri də yoxdur. Məsələyə praktik ve elmi yanaşan Vüqar Bayramov islam ölkələrinin inkişafı və eləcə də malik olduqları resurslardan səmərəli istifadə etməsi üçün konkret təkliflər ilə çıxış edib.

 

Leave A Comment