Vətəndaş Cəmiyyətinin Liderlərinə Təlimlər Keçirilir

Vətəndaş Cəmiyyətinin Liderlərinə Təlimlər Keçirilir

İSİM vətəndaş cəmiyyəti institutlarının imkanlarını artırır

İqtisadi və Sosial İnkişaf Mərkəzi (ISIM) “Məktəb büdcələrinin formalaşması və səmərəli xərclənməsi” layihəsi çərivəsində vətəndaş cəmiyyətinin nümayəndələri üçün apelin 15-dən etibarən Təlimçilər üçün Təlim təşkilinə başlamışdır. Təlim 4 gün ərzində təşkil ediləcəkdir. Təlim Macarıstandan olan beynəlxalq təlimçi Kiri Noemi Ambrus tərəfindən aparılır.

Təlimçilər üçün Təlimin əsas məqsədi vətəndaş cəmiyyəti nümayəndələrini yeni təlim metodları, interaktiv təlim keçmə vasitələri ilə tanış etmək və onları gələcək interaktiv təlimlərə hazırlamaqdan ibarətdir.  Təlimdə vətəndaş cəmiyyəti nümayəndələri, tələbə gənclər və Təlimdən sonra treyninq keçmiş təlimçilər regionlara səfər edib yerli qeyri hökumət təşkilatları nümayəndələrinə,  məktəblərin rəhbər işçilərinə məktəb budcələrinin formalaşması və səmərəli xərclənməsi haqqinda təlimlər keçəcəklər.

Təlimçilər öz bacarıqılarını təlim sessiyalarının necə planlaşdırılması, efektli təlim mühitinin necə yaradılması barəsində təkmilləşdirəcək, muxtəlif təlim strategiyalarını və müxtəlif qavrama tiplərini başa düşəcək və istifadə edə biləcək, müvafiq təqdimat üsullarını həyata keçirəcəklər.

Qeyd edək ki, tədir Avropa Birliyinin maaliyyə dəstəyi ilə həyata keçirilir.

Leave A Comment