İSİM Şərqi Avropanın ən yaxşı onluğunda

İSİM Şərqi Avropanın ən yaxşı onluğunda

Avropanın məşhur “Siyasi Təhlil” jurnali Şərqi Avropanın ən yaxşı beyin mərkəzlərinin siyahısını müəyyənləşdirib. Sevindirici haldır ki, top onluğa Azərbaycan beyin mərkəzi da daxil edilib. Jurnalını qiymətləndirilməsinə götə, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Şərqi Avropanın 10 ən yaxşı beyin mərkəzindən biridir. Siyahıda İSİM ilə yanaşı Rusiyanın 3 (Moskva Karnegi Mərkəzi, Moskva Beynəlxalq Münasibətlər İnstitutu (MİQMO) və Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu), Polşanın 2 (Sosial və İqtisadi Tədqiqatlar Mərkəzi və Polşa Beynəlxalq Münasibətlər İnstitutu), Çexiyanın 2 (Beynəlxalq Münasibətlər İnstitutu və Europeum Avropa Siyasəti İnstitutu), Macarıstanın 1 (Təhlükəsizlik və Müdafiə Məsələləri Mərkəzi), Litvanın 1 (Litva Azad Bazar İnstitutu) beyin mərkəzləri yer alıblar (ətraflı məlumat ilə bu internet səhifəsində tanış olmaq olar: http://www.politicalanalysis.info/top-policy-institutes/eastern-europe-south-caucasus ).

İSİM-in sədri Vüqar Bayramov bildirib ki, Azərbaycan beyin mərkəzinin Şərqi Avropanın ən yaxşı onluğuna daxil edilməsi təqdirə layiq olmaqla yanaşı mərkəzin artıq regional məsələlərə təsir imkanlarının genişlənməsindən xəbər verir. İSİM-in hesabatlarına indi dünyanın aparıcı təşkilatları ilə yanaşı CNBC və Financial Times kimi tanınmış media institutları istinad edirlər. “Siyasi Təhlil” jurnalı Avropanın nüfuzlu nəşrlərindən biri olmaqla yanaşı region ilə bağlı çoxlu sayda əhəmiyyətli tədqiqatların müəllifidir. Bu baxımdan, “Siyasi Təhlil” jurnalını qiymətləndirilməsi uzun müddətli tədqiqatların nəticəsidir. İSİM hal-hazırda dünyanın əksər aparıcı təşkilatları ilə əməkdaşlıq etməklə yanaşı eyni zamanda Şərqi Avropada bir sıra regional layihələrin təşəbbüskarıdır və onların reallaşmasında fəal iştirak edir. Digər diqqəti çəkən məqam keçmiş Müstəqil Dövlətlər Birliyindən yalnız Rusiya və Azərbaycan təşkilatlarının top onluğa daxil edilməsidir. Azərbaycanın ilk beyin mərkəzi kimi İSİM-in beynəlxalq hesabatlardakı mövqeyi göstərir ki, Qafqazın aparıcı beyin mərkəzləri artıq ölkəmizdə fəaliyyət göstərirlər.

Qeyd edək ki, İSİM bu ilin iyunun 11-14-də Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Beyin Mərkəzləri Samitində regiondan dəvət edilən yeganə mərkəzdir. Həmin samitdə dünyanın 50 aparıcı təşkilatı nəzərdə tutulub.

Leave A Comment