Pensiyalar haqqında nə bilirik?

Pensiyalar haqqında nə bilirik?

Məcburi dövlət sosial sığorta haqlarının dərəcələri barədə məlumat

Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata  verilən pul vəsaitidir.

Məcburi dövlət sosial sığortasında sığorta haqqı  əmək ödənişinə  (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı:

 

seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün- hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında;

 

mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin  hər biri üçün (alınan əmlak və torpaq payı  hesabına  şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının :

torpaqların 1-ci keyfiyyət qrupu üzrə  -12  faizi,

torpaqların 2-ci keyfiyyət qrupu üzrə  – 8  faizi,

torpaqların 3-cü keyfiyyət qrupu üzrə – 4 faizi,

torpaqların 4-cü keyfiyyət qrupu üzrə –  2 faizi miqdarında;

ev təsərrüfatında muzdlu işçilərin (ev qulluqçusu, dayə, şəxsi katibə, sürücü və s.) əməyindən istifadə edən şəxslər üçün – hesablanmış əmək haqqının 20 faizi miqdarında ;

 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün – hesablanmış əmək haqqının 3 faizi miqdarında;

 

vəkillər kollegiyasının üzvləri, xüsusi notariuslar, sərbəst auditorlar, sərbəst mühasiblər üçün- gəlirlərinin 20 faizi miqdarında;

 

müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla – hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

 

mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla)  ödəmə mənbəyindən tutulmaqla – gəlirlərin 25 faizi miqdarında;

 

xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin ölkələrdə məcburi dövlət sosial sığorta haqqı ödəməyən Azərbaycan Respublikasının vətəndaşları üçün- ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 80  faizi   miqdarında ödənilir;

 

Тicarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 50 faizi məbləğinin, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki  şəxslər isə 20 faizi məbləğinin:

Bakı şəhərində 100 faizi,

Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,

respublika tabeli digər şəhərlərdə 80 faizi,

rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi,

kənd yerlərində 50 faizi  miqdarında məcburi dövlət sosial sığorta haqqı  ödəyirlər.

 

Ailə kəndli təsərrüfatının hər bir üzvü üçün ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

 

Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

 

Ödəmə mənbəyindən qonorar ödəyən hüquqi və fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qonorarın hesablandığı aydan sonrakı ayın 15-dək ödənilir.

 

Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır:

sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir;

hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;

sığortaedənin cari və digər hesablarında vəsait olduqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir;

sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi  rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir;

sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir;

məcbur dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır;

məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının alınması haqqında sərəncamı bir neçə bank və kredit təşkilatına verildikdə və bu zaman məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedənin hər hansı cari, valyuta və digər hesabından məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alındıqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı digər banklara  və ya kredit təşkilatlarına həmin borc və maliyyə sanksiyalarının alınması üçün  vermiş olduğu sərəncamların və artıq alınmış vəsaitlərin dərhal geri qaytarılmasını təmin edir;

sığortaedən hüquqi şəxs olmadıqda, borc məbləği məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutulur.

 

Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqqı sığortaedənin müraciətinə əsasən  geri qaytarılır.

 

Əmək pensiyaları haqqında ətraflı məlumat

Sual 1. “Əmək pensiyaları haqqında” AR-nın Qanunu nəyi müəyyən edir?

Sual 2. Əmək pensiyası dedikdə nə başa düşülür?

Sual 3. Sosial sığorta stajı nə deməkdir?

Sual 4. Fərdi uçot nədir?

Sual 5. Fərdi hesab nə deməkdir?

Sual 6. Pensiya kapitalı dedikdə nə başa düşülür?

Sual 7. Əmək pensiyaları neçə hissədən ibarətdir?

Sual 8. Gözlənilən pensiya ödənişi müddəti nə deməkdir?

Sual 9. Əmək pensiyasının neçə növü vardır?

Sual 10. Müxtəlif pensiya hüququ olan şəxslərə neçə pensiya təyin oluna bilər? ?

Sual 11. Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

Sual 12. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Sual 13. Yaşa görə əmək pensiyasının baza hissəsi kim tərəfindən müəyyən edilir?

Sual 14. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği hansı düsturla müəyyən edilir?

Sual 15. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

Sual 16. Əlilliyə görə əmək pensiyasının məbləği necə müəyyən edilir?

Sual 17. Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

Sual 18. Ailə başçını itirməyə görə əmək pensiyasının məbləği necə müəyyən olunur?

Sual 19. Əmək pensiyasının baza hissəsinə hansı əlavələr nəzərdə tutulur?

Sual 20. Sosial sığorta stajı nədir və ona daxil edilən iş və ya digər fəaliyyət müddətləri hansılardır?

Sual 21. Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi necə həyata keçirilir?

Sual 22. Əmək pensiyaları hansı müddətdə təyin edilir?

Sual 23. Əmək pensiyası və əmək pensiyasına əlavə necə ödənilir?

Sual 24. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası necə ödənilir və dəfn üçün müavinət necə verilir?

Sual 25. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti neçə aydır?

Sualların cavabı: http://www.sspf.gov.az/view.php?lang=az&menu=93&id=311

Ölkə üzrə əmək pensiyaçılarının sayı statistik məlumatlara görə 2011-ci ilin əvvəlinə 1292,1 min nəfər olmuş və il ərzində 14,6 min nəfər və ya 1,1% azalaraq ilin sonuna 1277,6 nəfər təşkil etmişdir. Azalmanın 18,4 min nəfəri yaşa görə, 3,0 min nəfəri ailə başçısını itirməyə görə pensiya alanların payına düşür. 6,8 min nəfər isə əlilliyə görə pensiya alanlar artmışdır.

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən  2011-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuşdur. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya təminatındakı fərqlərin aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar yenidən hesablanmış və 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərərək işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir. Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir.

Qanunvericilik:

Fərman və Sərəncamlar Faylın adı           Yuklə

(13.12.2012) “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

(29.11.2012) Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(13.11.2012) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 432-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(01.11.2012) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

(30.04.2012) 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(08.02.2012) Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(19.12.2011) “Azərbaycan Respublikası Dovlət Sosial Mudafiə Fondunun 2012-ci il budcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

(26.10.2011) 2011-ci il iyunun 29-da Bakı səhərində imzalanmıs “Azərbaycan Respublikasının Dovlət Sosial Mudafiə Fondu və Moldova Respublikasının Milli Sosial Sıgorta Kassası arasında məcburi dovlət sosial sıgortası sahəsində əməkdaslıq haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

(26.10.2011) “Sosial sıgorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyisikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nomrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(04.05.2011) 1941-1945-ci illər Boyuk Vətən muharibəsi istirakcılarına, həlak olmus və ya sonralar vəfat etmis doyusculərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə gorə orden və medallarla təltif edilmis səxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(09.03.2011) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nomrəli Fərmanı ilə təsdiq edilmis “Azərbaycan Respublikasının Dovlət Sosial Mudafiə Fondu haqqında əsasnamə”də dəyisikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

(15.02.2010) Əmək pensiyalarının sıgorta hissəsinin indeksləsdirilməsi haqqında

 

(24.11. 2010) “Azərbaycan Respublikası Dovlət Sosial Mudafiə Fondunun 2011-ci il budcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

(24.11. 2010) “Azərbaycan Respublikası Dovlət Sosial Mudafiə Fondunun 2010-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyisikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

(01.09. 2010) Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

№ 869 (22.04. 2010) 1941–1945-ci illər muharibəsi istirakcılarına, həlak olmus və ya sonradan vəfat etmis doyusculərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə gorə orden və medallarla təltif edilmis səxslərə birdəfəlik maddi yardım edilməsi barədə

 

№ 739 (17.02.2010) Əmək pensiyalarının sıgorta hissəsinin indeksləsdirilməsi haqqında

 

№ 201 (23.12.2009) Usagın anadan olmasına gorə muavinətin məbləginin artırılması haqqında

 

№ 188 (21.12. 2009) «Azərbaycan Respublikası Dovlət Sosial Mudafiə Fondunun 2010-cu il budcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

№ 249 (27.04. 2009) 1941-1945-ci illər muharibəsi istirakcılarına, həlak olmus və ya sonradan vəfat etmis doyusculərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə gorə orden və medallarla təltif edilmis səxslərə birdəfəlik maddi yardım edilməsi barədə

 

№ 142 ( 9.02.2009) Əmək pensiyalarının sıgorta hissəsinin indeksləsdirilməsi haqqında

 

№ 111 ( 30.12. 2008) «2009—2015-ci illərdə Azərbaycan Respublikasında sıgorta-pensiya sisteminin inkisafına dair dovlət Proqramı»nın təsdiq edilməsi haqqında

 

№ 3015 (27.08.2008) Usaga qulluga gorə qismən odənisli sosial məzuniyyədə olanlara verilən muavinətin artırılması haqqında

 

№ 2791 (6.05.2008) 1941-1945-ci illər muharibəsi istirakcılarına, həlak olmus və ya sonradan vəfat etmis doyusculərin dul arvadlarına, arxa cəbhdə fədakar əməyinə gorə orden və medallarla təltif edilmis səxslərə birdəfəlik maddi yardım edilməsi barədə

 

№ 2665 (6.02.2008) Əmək pensiyalarının sıgorta hissəsinin indeksləsdirilməsi haqqında

 

№ 2578 (26.12.2007) Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında

 

№ 2145 (4.05.2007) 1941-1945-ci illər muharibəsi istirakcılarına, həlak olmus və ya sonradan vəfat etmis doyusculərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə gorə orden və medallarla təltif edilmis səxslərə birdəfəlik maddi yardım edilməsi barədə

 

№ 1896 (22.01. 2007) Yasa gorə əmək pensiyasının baza hissəsinin artırılması haqqında

 

№ 1897 (22.01.2007) Əmək pensiyasının sıgorta hissəsinin və sıgortaolunanların fərdi hesablarının sıgorta hissəsində toplanan pensiya kapitalının indeksləsdirilməsi haqqında

 

№ 1847 (22.12.2006) Yasa gorə əmək pensiyasının baza hissəsinin artırılması haqqında

 

№ 1683 (21.09.2006) Yasa gorə əmək pensiyasının baza hissəsinin artırılması haqqında

 

№ 1394 (30.03.2006) Yasa gorə əmək pensiyasının baza hissəsinin artırılması haqqında

 

№ 377 (6.03.2006) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

№ 373 (24.02. 2006) «Sosial muavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

№ 290 (1.09.2005) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi ucun dovlət qulluqcusunun muraciət etdiyi vaxt dovlət məvacibinin hesablandıgı dovlət qullugu vəzifəsi movcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dovlət, sovet, partiya orqanlarında calısmıs dovlət qulluqcularının vəzifələrinin Inzibati və yardımcı vəzifələrin Təsnifat Toplusunda gostərilən dovlət qullugu vəzifələrinə uygunlasdırılması Siyahısı»nın təsdiq edilməsi barədə

 

№ 194 (7.02.2005) «Dovlət qulluqcularına əmək pensiyasının təyin edilməsi ucun dovlət məvacibinin hesablanması qaydaları»nın və «Dovlət qulluqcularının əmək pensiyasının yenidən hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında

 

№ 920 (26.09.2003) Ozəlləsdirilən və idarəetməyə verilən dovlət muəssisələrinin sosial odənisləri uzrə yaranmıs borclarının tənzimlənməsi tədbirləri barədə

 

№ 781 (31.08.2002) Azərbaycan Respublikasının Dovlət Sosial Mudafiə Fondu haqqında əsasnamənin təsdiq edilməsi barədə

 

№ 908 (4.08.2003) Azərbaycan Respublikasında dovlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında

 

№ 616 (26.12.2001) «Dovlət sosial sıgorta sistemində fərdi ucot haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

№ 767 (17.07. 2001) Azərbaycan Respublikasında Pensiya Islahatı Konsepsiyasının təsdiq edilməsi haqqında

 

№ 568 (7.04.1997) «Sosial sıgorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

№ 233. (30.09. 1992) Azərbaycan Respublikası Dovlət Sosial Mudafiə Fondunun yaradılması haqqında

 

№ 503 (16.12.1991) Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında

«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları

 

«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları

 

QanunlarFaylın adı          Yüklə

(30.11.2012) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

(01.10.2012)  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(01.10.2012)  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(30.09.2011)  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(10.06.2011)  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(27.05.2011)  “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(17.05.2011)  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(22.10.2010) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında

 

(22.10.2010) “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

(22.10.2010) Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında

 

№ 908-IIIQ (26 .11.2009) Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında

 

№ 907-IIIQ (26.11. 2009) Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında

 

№ 54-IIIQ (7.02.2006) Əmək pensiyaları haqqında

 

№ 55-IIIQ (7.02.2006) Sosial müavinətlər haqqında

 

№ 221-IIQ (27.11. 2001) Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında

 

№ 937-IQ (24.10.2000) Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında

 

№ 250-IQ (18.02.1997) Sosial sığorta haqqında

Nazirlər Kabinetinin Qərarları

 

 

Faylın adı

Yüklə

 

 

№ 235 (17.10.2012) “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

……………………

 

 

 

№ 38 (23.02.2010) «2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın və «2010-cu ildə ilk dəfə işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

 

……………………

 

 

 

№ 14 (25.01.2008) Ezamiyyə xərclərinin normaları haqqında

 

……………………

 

 

 

№ 77 (15.05.2007) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə

 

……………………

 

 

 

№ 12 (23.01.2007) Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə

 

……………………

 

 

 

№ 231 (26.10.2006) «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları»nın təsdiq edilməsi haqqında

 

……………………

 

 

 

№ 175 (7.11.2002) Dövlət sosial sığorta şəhadətnaməsinin spesifikasiyası və onun hazırlanmasına dair Qaydaların təsdiq edilməsi haqqında

 

……………………

 

 

 

№ 46 (23.03.2002) Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında

 

……………………

 

 

 

№ 189 (15.09.1998) «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə

 

Dövlət Sosial Müdafiə Fondunun normativ hüquqi aktları

 

 

Dövlət Sosial Müdafiə Fondunun normativ hüquqi aktlarıFaylın adı        Yüklə

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması

Q A Y D A L A R I

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Q A Y D A L A R I

 

Dövlət Sosial Müdafiə Fondu sistemində qulluq keçən dövlət qulluqçusunun etik davranış Q A Y D A L A R I

 

Məcburi dövlət sosial sığorta haqqının toplanması Q A Y D A L A R I

 

Əlavələr

 

Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu QAYDALARI

 

Əlavələr

 

Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın tərtibi QAYDALARI

 

Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının tərtibi QAYDALARI

 

Q3 formasının doldurulma QAYDALARI

 

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsinə dair ərizə formasının doldurulma QAYDALARI

Konstitusiya Məhkəməsi Plenumunun QərarıFaylın adı                Yüklə

(01.12.2010) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

 

(29.10.2010) «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair

 

№ 169 (18.07.2008) «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair

Qanunivericilik ilə bu linkdə tanış olmaq olar: http://www.sspf.gov.az/view.php?lang=az&menu=82&id=335

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun                                                            2012-ci ildəki fəaliyyətinin yekunları barədə operativ

 

M Ə L U M A T

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri üzrə proqnozların icrasının təmin olunması, sığorta-pensiya sisteminin inkişaf etdirilməsi vəəmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2012-ci ildə Fondun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir.

Operativ məlumatlara əsasən (Dövlət Sosial Müdafiə Fondu üzrə ilin yekunu üçün hesabatların təqdim olunma müddəti 2013-cü ilin fevral ayına təsadüf etdiyindən hazırkı məlumatlar operativ xarakter daşıyır) 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2474,9 mln. manat  təşkil etmişdir ki, bu da 2011-ci ilə nisbətən 354,6 mln. manat və ya 16,7 faiz  çoxdur.

2012-ci ildə məcburi dövlət sosial sığorta haqlarıüzrə daxilolmalar 2011-ci ilə nisbətən 16,1 faiz və ya 197,3 mln. manat artaraq 1424,1 mln. manat təşkil etmiş, proqnoz 101,2 faiz icra olunmuşdur.

2012-ci ildə sosial sığorta haqlarının 61,6 faizi və ya 877,3 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 22,1 faiz və ya 158,9 mln. manat yuxarı olmaqla proqnozun 113,9 faiz icra edildiyini göstərir. Hesabat dövrüərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilmişdir. Nəticədə, keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 26,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 44,7 faiz artmışdır.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 546,8 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqlarıəvvəlki ilə nisbətən 7,6 faiz  və ya 38,4 mln. manat artmış,  proqnoz 85,8 faiz icra olunmuşdur.

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 6,5 mln. manat təşkil etmişdir.

Hesabat dövründə 1044,3 mln. manat dövlət büdcəsinin transferti tam məbləğdə Dövlət Sosial Müdafiə Fondunun  hesabına daxil olmuşdur.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2457,3 mln. manat olmuşdur. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün  Fond tərəfindən 2404,2 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 337,5 mln. manat və ya 16,3 faiz  çoxdur.

Pensiya xərcləri 2011-ci ilə nisbətən 16,6 faiz və ya 334,5 mln. manat artaraq 2345,3 mln. manat təşkil etmişdir.

2012-ci ildəəhaliyə məcburi dövlət sosial sığortası hesabına 58,8 mln. manat  məbləğində müavinət ödənilmişdir ki, bunun da 32,6 faizi hamiləliyə və doğuma görə, 28,7 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,6 faizi dəfn üçün, 23,1 faizi isə digər müavinətlərin payına düşür.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 53,1 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının saxlanılmasına 18,8 mln. manat (bütün xərclərin 0,8 faizi qədər), pensiya və müavinətlərin əhaliyəçatdırılması, bank əməliyyatlarının aparılmasıüzrə xidmət haqqı xərclərinə 17,1 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 15,7 mln. manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinə 38,9 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 0,5 mln. manat, sair xərclərə 1,0 mln. manat )  təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəricisindən 5,3 mln. manat və ya 9,1  faiz azdır.

Ölkəüzrəəmək pensiyaçılarının sayı ilkin məlumatlara görə 2012-ci ilin əvvəlinə 1277,6 min nəfər olmuş və il ərzində 7,6 min nəfər və ya 0,6 faiz azalaraq (o cümlədən yaşa görə 13,4 min nəfər, ailə başçısını itirməyə görə 0,2 min nəfər azalmış, əlilliyə görə 6,0 min nəfər artmışdır) ilin sonuna 1270,0 min nəfər təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən  2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyasının sığorta hissəsi formalaşdırılmışdır ki, bu da onlara cari ildə aparılan indeksləşmə prosesindən yararlanma imkanı vermişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının 01 oktyabr 2012-ci il tarixli 432-IVQD nömrəliQanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyəəsasən Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyalarının baza hissəsi 34 manat artırılmışdır. Əmək pensiyalarının orta aylıq məbləği 2012-ci ilin əvvəlinə nisbətən 4,5 faiz artaraq 152,0 manat olmuş, o cümlədən yaşa görəəmək pensiyasının orta aylıq məbləği 168,0 manat təşkil etmişdir.

Azərbaycan Respublikasında aparılan islahatlar nəticəsində qurulmuş sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun davam etdirilmişdir.

Sığorta-pensiya sisteminin aktuar təhlili işinin təşkili məqsədilə          Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Amerika BirləşmişŞtatlarının Ticarət vəİnkişaf Agentliyi arasında “Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan Qrant haqqında Saziş” çərçivəsində demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərin kompleks təhlili aparılmış, ölkəmizin sığorta-pensiya sisteminin gələcək inkişafıüzrə təkliflər hazırlanmışdır.

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də qeyd olunan sahələrdə qanunvericilik bazasının hazırlanması məqsədilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Avropa Tərəfdaşlıq vəƏməkdaşlıq Aləti çərçivəsində hazırlanmış tvinninq layihəsi Avropa Komissiyası tərəfindən təsdiq edilərək icrasına başlanılmışdır.

Pensiyaların plastik kartlar vasitəsiləödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədəşəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirmişdir. Bu sahədə səmərəliliyin artırılması tədbirlərinin davamı kimi plastik kartların pensiyaçılara bilavasitə bankların filialları tərəfindən verilməsi təşkil edilmişdir. 2013-cü ilin 1 yanvar tarixinəpensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 %-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Bu məqsədləümumilikdə 662, o cümlədən kənd və qəsəbələrdə 151 bankomatın istifadəsi təmin edilmişdir.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilmişdir. 2012-ci ilin sonuna 2 milyon 266 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır. Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 300 min nəfərə yaxın artmışdır. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarıüzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılmışdır. Hər bir işləyən şəxsin gələcək pensiya təminatıüçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətləəvəzlənməsi məqsədilə Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti təşkil olunmuşdur.

Fond sistemində pensiya təyinatının tam avtomatlaşdırılması yolu iləəməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması istiqamətində tədbirlər davam etdirilmişdir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilmişdir.  Dövlət xəzinədarlıq agentliyinin “Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”ndən (KÖMİS) istifadə edən yerli orqanlar üzrə sığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədilə Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu arasında “AzDataKom”şəbəkəsi üzərində rabitə kanalı qurulmuş və Fondun müvafiq yerli orqanlarıüzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilmişdir. 01 yanvar 2013-cü il tarixinə Fondun 36 yerli orqanıüzrə 223 712 sığortaedənin uçot məlumatı KÖMİS-in məlumat bazasına yüklənmişdir.

Sığorta-pensiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Beynəlxalq Sosial Təminat Assosiasiyası və ikitərəfli münasibətlər çərçivəsində xaricə ezamiyyət səfərləri və birgə seminarların mütəmadi olaraq təşkili davam etdirilmişdir. Azərbaycanda həyata keçirilən  sığorta – pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2012-ci ilin dekabr ayında Dünya Bankı Azərbaycan Hökuməti iləəməkdaşlığının 20 illiyi münasibətilə Dövlət Sosial Müdafiə Fondunu “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyasıüzrə xüsusi mükafata layiq görmüşdür.

2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Fondun 7 yerli şöbəsinin yeni inzibati binalarının tikintisi başa çatdırılmış, o cümlədən 3 yerli şöbəsi istifadəyə verilmişdir. Fondun 1 yerli şöbəsinin yeni inzibati binasının tikintisinə başlanılmışdır.

Hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə vəşikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunmuşdur. İl ərzində Fondun Aparatına vətəndaşlardan 9103 (əvvəlki illə müqayisədə 3869 ədəd və ya 42,5 faiz az) müraciət daxil olmuşdur. Bilavasitə Fondun rəhbərliyi tərəfindən 164 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılmışdır.

Dövlət qulluqçularının peşəkarlığının artırılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu orqanları işçilərinin ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının  tədris proqramı təsdiq edilərək icra olunmuşdur. Eyni zamanda bu məqsədlə dövri olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycanın Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə kurslar təşkil edilmişdir.

Vətəndaşların informasiya ilə təmin olunması və məlumatlandırılması məqsədilə geniş təbliğat işləri aparılmış, Fondda dövri olaraq keçirilən təqdimatlarda, mətbuat konfranslarında və digər görüşlərdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin  iştirakı  təmin olunmuşdur. Fondun  həftəlik  mətbu  orqanı  olan “Pensiyaçı” qəzeti və daim yeniləşən internet səhifəsi vasitəsi ilə başlıca fəaliyyət istiqamətləri kimi məcburi dövlət sosial sığorta haqlarının yığımına, işləyən əhalinin sosial sığortaya cəlb olunması məsələlərinə, fərdi uçotun təşkilinə, pensiya təminatına, informasiya texnologiyalarının tətbiqinə, sosial həyatın ən müxtəlif sahələrinə dair məlumatlandırmaya xüsusi yer ayrılmışdır. Həmçinin sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sığortaolunan və pensiyaçıların  maarifləndirilməsi üçün yeni çap məhsulları hazırlanmış və televiziya kanallarında reklam çarxları yayımlanmışdır.

Ümumilikdə2012-ci il ərzində Fondun fəaliyyətini tənzimləyən 26 normativ hüquqi akt qəbul edilmişdir (Azərbaycan Respublikasının qanunları – 4, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları – 14, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – 7, Dövlət Sosial Müdafiə Fondunun normativ hüquqi aktları – 1).

 

 

Leave A Comment