Nəqliyyatda qiymət artımı olacaqmı?

Nəqliyyatda qiymət artımı olacaqmı?

Musa Pənahov: «Maşrutlarda gediş haqqı artımı cüzi olacaq»

Vüqar Bayramov: «Gediş haqqının 5 qəpik artması 25 faiz, 10 qəpik artması 50 faiz artım deməkdir»

Sərnişindaşıma şirkətləri Nəqliyyat Nazirliyinə müraciət edərək qiymətlərin artırılmasını istədiklərini bildirib. Nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, onlar bu müraciətlərini hazırki tariflərin xərclərini ödəmədiyi ilə əsaslandırırlar. Xidmətin səviyyəsini daha da artırmaq üçün gediş haqqını artırmaq lazımdır. Nazir müavini bunun asan proses olmadığını deyib: «Qiymət artımı haqqında qərarı Tarif Şurası verir. Bu gün mütəxəssislər bu məsələnin üzərində işləyirlər. Bütün məsələlər nizamlanandan sonra, biz müvafiq qərarın qəbulundan danışa bilərik». M.Pənahov əgər qiymət artımının çox cuzi olacağını deyib: «Düşünürəm ki, avtobuslarda gediş haqqı 30 qəpiyə belə çatmayacaq». Nazirlik rəsmisi qeyd edir ki,  «Şamaxinka»dan Xırdalan dairəsinə qədər olan avtomobil yolu genişləndiriləcək: «Yeni körpülərin salınması, yolların genişləndirilməsi planlaşdırılır. Layihənin məqsədi avtonəqliyyat vasitələrinin hərəkəti üçün rahat şərait yaratmaqdır. Sözügedən layihənin reallaşdırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb». M.Pənahov Nəqliyyat Nazirliyinin paytaxtın yerüstü ictimai nəqliyyat sahəsində xidmət göstərən yerli yerli sərnişin daşıma üzrə şirkətlərin sayını maksimal şəkildə azaltmağı planlaşdırdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu ildə bazarda 3, maksimum 5 daşıyıcı şirkətin fəaliyyət göstərəcəyi planlaşdırılır: «Keçid dövründə bu cür şirkətlər çox idi, ancaq bu gün onların sayının azalması istiqamətində səmərəli seçim etmək lazımdır. Söhbət sağlam rəqabətdən gedir. Biz böyük sayda daşıyıcıların fəaliyyətini effektiv şəkildə nəzarətdə saxlaya bilmərik. Şirkətlərin sayı azaldıqda isə onların fəaliyyətinə nəzarət etmək asanlaşacaq ki, bu da əhaliyə göstərilən xidmətin səviyyəsinin artmasına gətirib çıxaracaq. Şirkətlərin sayının azalması kiçik daşıyıcı şirkətlərin birləşməsi hesabına həyata keçiriləcək». Məsələni «Üç nöqtə» üçün şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, 10 qəpiklik artım baş verə bilər: «Çünki əvvəlki təcrübə göstərib ki, 5 qəpiklik artım sərnişinlərlə sürücülər arasında kifayət qədər narazılığa gətirib çıxarıb. O baxımdan cüzi artım deyəndə 10 qəpikdən söhbət gedir, ancaq bu məbləğ cüzi artım deyil. Özlüyündə kiçik pul kimi görsənə bilər. Amma gediş haqqının 5 qəpik artması 25 faiz, 10 qəpik artması 50 faiz artımdır. Bu da bir mənalı şəkildə gediş haqlarının kəskin artım deməkdir». Müsahibimizin fikrincə, sual oluna bilər ki, bu artımlar baş versə əhalinin sosial vəziyyətinə necə təsir göstərə bilər: «Ona görə, artımlara 5 və ya 10 qəpiklik aspektindən yanaşmaq doğru deyil. Diqqət yetirmək lazımdır ki, hər bir şəxs həmin nəqliyyatdan gün ərzində neçə dəfə istifadə edir? Nəzərə alsaq ki, Nəqliyyat Nazirliyi bir neçə maşrut xətlərinin qısaldılması, bəzilərininq ləğv edilməsi haqqında qərar qəbul edib, onda məlum olur ki, işləyən vətəndaş öz iş yerinə getmək üçün 2-3 maşrut maşrut dəyişməli olur. Bu hesabla bir vətəndaş işə gedib-gəlmək üçün 6 nəqliyyat vasitəsindən istifadə etməli olur. Bu artıq Nəqliyyat Nazirliyinin iddia etdiyi cüzi 10 qəpiklik artım iş günlərində vətəndaş üçün 60 qəpik gündəlik əlavə xərc yaradır. Bu da ay ərzində 12 manat deməkdir. 12 manat da praktik olaraq kiçik rəqəm deyil, minimum əmək haqqının 10 faizindən çox, orta aylıq əmək haqqının 5 faizinə yaxın göstəricidir. dır. Bu artım kiçik artım kimi qiymətləndirilməməlidir». V.Bayramov qeyd edir ki, indiki halda bu artımlara nəqliyyat sektorunun getməsi düzgün deyil. «Çünki onun sosial effektləri qiymətləndirilməlidir. Təəssüf ki, belə artımların sosial təsirləri olduqca güclüdür. Bütün hallarda nəqliyyat xərclərinin ailənin ümumi xərclərindəki payına diqqət etmək lazımdır. Bu hardasa 25 manatdan artıqdır. Bu yalnız işə gedib-gəlmək üçündür. Əgər başqa yerlərə gediş-gəlişlə bağlı nəqliyyat xərclərini aid etsək, həmin rəqəm böyüyəcək. Ailə xərclərinin də artması əhalinin vəziyyətinin pisləşməsinə səbəb olacaq», – deyə o vurğuladı.

 

Əfsun

 

Növbəti Məqalə

 

“Marşrutlarda gediş haqlarının artırılmasına əsas yoxdur”

 

Natiq Ələkbərli: “Son vaxtlar onlarla marşrut xətti bağlanıb. Bu isə onsuz da sərnişinlərin xərclərinin artmasına səbəb olub”.

 

 

Vüqar Bayramov: “Hazırda gediş haqlarına ayrılan vəsait müasir Azərbaycan ailəsinin büdcəsində kifayət qədər paya malikdir.

 

Bu baxımdan belə hesab edirəm ki, tariflər artırılarsa, ailələrin sosial vəziyyətinin ağırlaşmasına şərait yaranacaq”.

 

Xəbər verdiyimiz kimi, nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib. Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərli qəzetimizə açıqlamasında indiki şəraitdə sərnişindaşıma tariflərinin artırılmasına ehtiyac görmədiyini vurğuladı: “Əgər tariflər artırılırsa, bu, iqtisadi cəhətdən əsaslandırılmalıdır. Əgər yanacaq bahalaşsaydı, buna haqq qazandırmaq mümkün idi”.

 

İqtisadçı-alim Vüqar Bayramov isə dedi ki, şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılmasının heç bir iqtisadi əsası yoxdur: “Qiymətlər o vaxt artırılır ki, xərclər strukturunda dəyişiklik olur, məsələn, benzin bahalaşır. Amma indiki halda bu baş verməyib”.

 

Nəqliyyat Nazirliyinin Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət etməsi xəbəri artıq iki gündür ki, cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

 

Qeyd edək ki, nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.

 

Bəs ekspertlərin məsələyə münasibəti necədir? Gediş haqlarının artırılması ilə bağlı fikirlərini qəzetimizə açıqlayan ekspertlər bu fikrə birmənalı olaraq “yox” cavabı verdilər.

 

“Əgər yanacaq bahalaşsaydı, buna haqq qazandırmaq mümkün idi”

 

Müstəqil Nəqliyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərli qəzetimizə açıqlamasında indiki şəraitdə sərnişindaşıma tariflərinin artırılmasına ehtiyac görmədiyini vurğuladı: “Mənim fikrimcə, şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılmasına ehtiyac yoxdur. Əgər tariflər artırılırsa, bu, iqtisadi cəhətdən əsaslandırılmalıdır. Əgər yanacaq bahalaşsaydı, buna haqq qazandırmaq mümkün idi”.

 

Natiq Ələkbərli iddia edir ki, sərnişindaşıma sektorunda əvvəllər ayrı-ayrı sahibkarlar çalışanda və onlar qiymətlərin artırılmasını təklif edəndə buna kəskin reaksiya verilirdi: “Mən düşünürəm ki, indi bu sahədə monopoliya var. Odur ki, tariflərin artırılması kimlərinsə marağına xidmət edir. Ona görə də, bu təşəbbüsü irəli sürüblər. Əvvəllər şəhərdaxili sərnişindaşımada tariflər 10 qəpik idi, sonra 20 qəpik oldu. Əhalinin maddi imkanları ilə müqayisə edəndə 20 qəpik az məbləğ deyil. Əgər sahibkarlar xərclərinin artdığını iddia edirlərsə, onda bunu əsaslandırmalıdırlar”.

 

“Marşrutlar ixtisara salındığı üçün sərnişinlər bir neçə avtobus dəyişirlər”

 

Natiq Ələkbərli bizimlə söhbətində bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, son vaxtlar sərnişindaşıma sektorunda islahatlar aparılıb və onlarla marşrut xətti bağlanıb: “Bu isə sərnişinlərin bir çoxunun xərcinin artmasına səbəb olub. Belə ki, əgər əvvəllər sərnişinlər mənzil başına bir avtobusla gedə bilirdilərsə, indi məcburən iki avtobusdan istifadə edirlər. Bu da elə xərcin artması deməkdir. Odur ki, bir daha təkrar edirəm, indiki şəraitdə gediş haqlarının artırılmasına heç bir ehtiyac yoxdur. Çünki qiymət onsuz da yüksəkdir”.

 

Qiymətlər o vaxt artırılır ki…

 

İqtisadçı-alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qəzetimizə açıqlamasında mövzu ilə bağlı bunları dedi: “Hesab edirəm ki, şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılmasının heç bir iqtisadi əsası yoxdur. Qiymətlər o vaxt artırılır ki, xərclər strukturunda dəyişiklik olur, məsələn, benzin bahalaşır. Amma indiki halda bu baş verməyib. Bu isə o deməkdir ki, bahalaşmanın iqtisadi bazası yoxdur”.

 

Alimin sözlərinə görə, hazırda gediş haqlarına ayırılan vəsait müasir Azərbaycan ailəsinin büdcəsində kifayət qədər paya malikdir. Ailə üzvləri gün ərzində həm işə gedərkən, həm də şəxsi işləri ilə bağlı harasa səfər edərkən bir neçə marşrut avtobusundan istifadə edirlər. Bu baxımdan belə hesab edirəm ki, tariflər artırılarsa, ailələrin sosial vəziyyətinin ağırlaşmasına şərait yaranacaq”.

 

“Hazırki qiymətlər MDB ölkələrindəki orta  göstərici ilə eynidir”

 

Vüqar Bayramov qəzetimizə açıqlamasında həmçinin dedi ki, Avropa ölkələrində gediş haqqı tarifləri yüksək ola bilər, amma bizi onlarla müqayisə etmək doğru deyil: “Avropa ölkələrində gediş haqqı tarifləri artırılarkən bu məbləğin mütləq ailə büdcələrindəki payı hesablanır. Məsələn, orada gediş haqqı tarifi ailə büdcəsinin 5 faizindən yüksək deyil. Biz isə gediş haqqımızı və yanacağın qiymətini də nəzərə almaqla qonşu ölkələrlə müqayisə edə bilərik. Məsələn, Ukraynada gediş haqqı bizdəki səviyyədədir. Hətta bizdəki tariflər 3 sent yüksəkdir. Qazaxıstanla da eynidir. Ümumilikdə, Azərbaycanda şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin indiki səviyyəsi MDB ölkələrindəki orta göstərici ilə eynidir. Bu baxımdan bir daha təkrar edirəm, şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılmasının heç bir sosial və iqtisadi əsası yoxdur”.

 

Nazirlikdən açıqlama

 

“Avtobus sərnişindaşımaları tariflərinin artırılmasına qərarı Tarif Şurası verəcək”. Bunu Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov söyləyib. N. Həsənov bildirib ki, Nəqliyyat Nazirliyi Tarif Şurasına avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifini edəcək, amma bu o, demək deyil ki, qiymətlər artacaq: “Bura sərbəst bazardır və burada sahibkarların istəkləri nazirlik tərəfindən Tarif Şurasına çatdırılır. Biz təkilfimizi edəcəyik, son söz Tarif Şurasınındır”.

 

Yeni avtobusların gətirilib-gətirilməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirən N. Həsənov bildirib ki, hər il avtobusların gətirilməsi prosesi baş verir: “2015-ci ildə I Avropa Olimpiya oyunlarının keçirilməsi ilə bağlı 1200-ə qədər avtobus, 2000-nə qədər də London taksiləri gətiriləcək”.

Leave A Comment