Azərbaycanda böyük nominallı pullara ehtiyac varmı?

Azərbaycanda böyük nominallı pullara ehtiyac varmı?

«Bəzi ölkələrdə nominal dəyəri ölkədəki orta aylıq əməkhaqqıdan yüksəl olan kupyuralar dövriyyəyə buraxılmır».

Dövriyyəyə 200 və 500 manat nominal dəyəri olan kupyuraların buraxılmasının nə iqtisadi, nədə sosial nöqteyi-nəzərdən izahatı yoxdur.
Bu barədə «Exo» jurnalına İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov bildirib.

«Bir tərəfdən iri kupyuranın emissiyası tənzimləmə proseslərini çətinləşdirəcək, digər tərəfdən isə diskriminasiya yarada bilər bir çox ölkələrdə nominal dəyəri ölkədəki orta aylıq əməkhaqqıdan yüksəl olan kupyuralar dövriyyəyə buraxılmır. Əgər Azərbaycanda orta aylıq əməkhaqqı 400 manat həndəvərində yerləşdirsə, onda nominal dəyəri 500 manat olan kupyuranın dövriyyəyə buraxılması o qədər də məqsədəuyğun deyil», -V.Bayramov belə düşünür.
Müstəqil iqtisadçı Oqtay Haqverdiyev də eyni fikri bölüşür.
İri kupyuraların emissiyası ətrafında ajiotaj təzə-təzə baş qaldırmaqda olanda, o bildirmişdi ki, hətta bu baş versə belə 2015-ci ildən tez olmayacaq.
«Böyük kupyuranın buraxılması inflyasiyaya dəlalət edir. Amma bizdə inflyasiya yoxdur. Alıcılıq qabiliyyəti də nisbətən aşağıdır. Bundan irəli gələrək, dövriyyəyə əsasən nominal dəyəri daha aşağı olan kupyuralar buraxılır».
Xatırladaq ki, Azərbaycanda dövriyyəyə yeni daha iri nominal dəyərli kupyuraların buraxılması məsələsi növbəti ilə təxirə salınıb.
Bu barədə Trendə Azərbaycan respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev məlumat verib. O bildirib ki, məsələ təkcə hal-hazırda 2013-cü ilin fevral ayından bəri kommersiya banklarına tətbiq edilən və müştərilərə təqdim edilən, nominal dəyəri olan 100 manat olan hər kupyuraya görə ödənilən 0,3% komissiya haqqı ilə bağlı deyil.
«Bu təkcə həmin qərarla bağlı deyil. 200 və 500 nominal dəyərləri olan kupyuraların buraxılışı olduqca vacib məsələdir, amma o, bu il gündəmdə olan işlər sırasında deyil. Dövriyyədə kifayət qədər nağd vəsait var. Bu məsələ isə növbəti illərdə aktual ola bilər» -Quliyev bildirib.
İdarə Heyətinin Sədri Elman Rüstəmov öncə qeyd etmişdi ki, son illərdə dövriyyədə olan 50 və 100 manat nominal dəyərli kupyuraların xüsusi çəkisi artıb, bu isə dövlət üçün böyük maliyyə yüküdür. “Beynəlxalq praktikaya əsasən, onların payı 60-65%-i üstələməli deyil. Bizim hesablamalarımıza görə dövriyyəyə yeni 200 və 500 manat nominallı pulların buraxılması 10 milyon avroya qədər vəsaitə qənaət etmək imkanı verəcək»-Rüstəmov söyləyib.

Leave A Comment