ÜTT-yə üzvlük aqrar sektora daha çox ziyan vuracaq

ÜTT-yə üzvlük aqrar sektora daha çox ziyan vuracaq

Məlum olduğu kimi, iyunun əvvəlində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı növbəti danışıqlar aparılacaq.Artıq 16 ildir davam edən danışıqların hansı sonluğa varacağı hər kəs üçün maraq doğurur.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.Az-ın bu və digər istiqamətlərdə suallarını cavablandırıb.

-Üzvlüklə bağlı budəfəki müzakirələri necə proqnozlaşdırırsınız?

-Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı müraciət edib. Uzun müddət keçməsinə, aparılan danışıqların sayının çox olmasına baxmayaraq, ÜTT-yə üzvlük reallaşmayıb. Üzvlük prosesində statusla bağlı məsələlərdə anlaşılmazlıq var.Bu da danışıqlara mənfi təsir edir. Güman edilir ki, indiki mərhlədə ÜTT ilə aparılan danışıqlarda status məsələsi müzakirə olunacaq. Üzvlükdən sonra aqrar ölkə kimi subsisdiyalarla bağlı məsələlər müzakirəyə çıxarıla bilər. Əslində subsidiyalar ÜTT ilə aparılan müzakirələrin əsas predmetidir. Tariflərlə bağlı məsələlər də açıq qalır. Ümumiyyətlə, aqrar, xidmət sektorları üzrə isçi qrupla ÜTT rəsmillərinin fikirləri üst-üstə düsmür. Qanunvericiliyin təkmilləşdirilməsi tələbi də yerinə yetirilməyib. Hazırda tənzimləmə, intellektual mülkiyyət və investisiyalar sahəsində elə qanunlar var ki, onlar beynəlxalq standartlara, eləcə də ÜTT-in tələblərinə cavab vermir.

-Necə hesab edirsiniz bütün bunlara rəğmən gələn ay Azərbaycan təşkilata üzv ola biləcək?

-Budəfəki danışıqların müsbət nəticə verəcəyini düşünmürəm. Ümumiyyətlə, yaxın 2 ildə Azərbaycanın ÜTT-yə üzv olması proqnozlaşdırılmır. 2012-ci ildə Azərbaycanla ÜTT arasında danışıqlar “Şərq Tərəfdaşlığı” proqramı sayəsində xeyli sürətlənmişdi. O baxımdan güman edilir ki, danışıqlar bu tempdə davam edərsə, anlaşılmazlıqlara baxmayaraq, Azərbaycan 2015-ci ildə ÜTT-yə üzv olacaq. Onu da deyim ki, ÜTT ilə aparılan danısıqların hər bir yeni raundu beynəlxalq ticarətin daha da liberallasdırılması ilə nəticələnir. Belə bir səraitdə hər bir yeni üzv olmuş ölkə daha sərt sərtlərlə təskilata qəbul edilir.

MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq ÜTT-nin üzvüdürlər. Bu ölkələrin üzvolma şərtləri inkisaf etməkdə olan ölkələrin deyil, daha çox inkisaf etmis ölkələrin sərtlərinə uyğundur. Azərbaycan isə təşkilata yüngül sərtlərlə daxil olmaq istəyir.

– ÜTT-nin 2013-ci ildən ixraca yönəlik bütün subsidiyaları ləğv edəcəyi, aqrar sektor üzrə subsidiya divarının getdikcə daraldacağı bildirilir. Sizcə, bütün bunlar Azərbaycanın “güzəstli üzv olma” ehtimalarını sıradan çıxarmır?

-Dünyada 150-dən artıq ölkə ÜTT-nin üzvüdür. Eləcə də qlobal ticarətin 96 faizi ÜTT-yə üzv ölkələrin payına düşür. Təşkilata üzvlük Azərbaycanın iqtisadi maraqların zidd olsa da, bu, baş verməlidir. Qlobal səviyyədə ticari oyunlar ÜTT tərəfindən idarə edilir. ÜTT bir meydançadır. Azərbaycan bu oyunlarda iştirak etmək , qlobal inteqrasiya istəyirsə, maraqlarına zidd olsa da təşkilata daxil olmalıdır. ÜTT-yə qəbul ölkənin ticarət siyasətini proqnozlasdırmağa imkan verəcək, səffaflıq artacaq, beynəlxalq ticarət partnyorları çoxalacaq və iqtisadi münaqisələr daha səmərəli həllini tapacaq.

-Yaxşı, iqtisadi maraqlara zidd deyəndə nəyi nəzərdə tutursunuz?

-Azərbaycanın ÜTT-ə üzvlük məsələsinin uduşlarını və itkilərini müxtəlif aspektlərdən qiymətləndirmək mümkündür . Burada yanasma sadəcə ölkənin qazancları dairəsini hesablamaqla tamamlanmır. Uduşların müxtəlif sektorlar üzrə təsnifləsdirilməsi də olduqca vacibdir. ÜTT-yə üzvlük bir sıra sektorlara mənfi təsir edəcək. Ən çox ziyan isə aqrar sektor çəkəcək. Azərbaycanda kənd təsərüfatının əsas məsğuliyyət sahəsi olduğunu və bu sektorda çalısanların əksəriyyətinin kommersiya məqsədilə deyil, səxsi ehtiyaclarını ödəmək üçün təsərrüfat fəaliyyəti qurması həm bu təhlükənin əhatə dairəsinin genis və həm də təsirli olacağını deməyə əsas verir. Belə olan halda ÜTT-yə qəbul zamanı Azərbaycanın ən çox problemlərlə üzləsən sahəsinin kənd təsərrüfatı bölməsi olacağı əvvəlcədən bəllidir. Ümumiyyətlə isə bu kontekstdə adaptasiya tənəzzülünə məruz qalacaq sahə yalnız aqrar bölmə
olmayacaq. İllərlə xarici kapitaldan ehtiyatlanaraq tənzimlənən maliyyə, bank,
sığorta və digər xidmət sektorunun da vəziyyəti hökumətin diqqətindən yayınmamalıdır.

İstənilən halda, problemlərimizin sənayenin emal sahəsini də əhatə edəcəyi sübhəsizdir. Çünki burda xalis rəqabət qanunları fəaliyyət göstərir. Bu prosesdən “quru” çıxacaq yeganə sahə neft sektoru ola bilər. Çünki istənilən variantda Azərbaycan neftinin Avropaya buraxılmayacağını düsünmək sadəlövhlük olar. Bununla yanası, hələlik ÜTT-nin neft sektoru ilə bağlı xüsusi sərtləri yoxdur. Məsələ ondadır ki, beynəlxalq ticarətdə “ÜTT ilə OPEC (Neft Đstehsal Edən Ölkələrin Təskilatı) arasında gentlmen razılasma” kimi təqdim edilən razılığa görə, hələlik neft məsələləri qlobal ticarət qaydalarının tənzimləyən ölkənin diqqətində deyil. Bu baxımdan faktiki olaraq, Azərbaycanın üzvlüyü məsələsində neft sektoru ilə bağlı sərtlər müzakirə edilmir. Amma ÜTT-nin təskil etdiyi son müzakirələr göstərir ki, bu məsələnin yaxın illərdə aktuallasması ehtimalı böyükdür. Bu, xüsusən Səduyyə Ərəbistanı ÜTT-ə üzv olandan sonra daha da aktuallaşıb.

-Uduşlar nədir? Hər halda danışıqlardan keçən müddətdə Azərbaycanın özündə də çox şey dəyişib.

-Ümumdünya Ticarət Təskilatına üzv olmanın yaratdığı üstünlüklər əsasən 3 istiqamətdə özünü göstərir. İlk üstünlük, ÜTT üzvü olan ölkələrdə qiymət mexanizminin təşkilatın şərtllərinə və eləcə də beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci üstünlük, basqa ölkələrin bazarlarına girisin əldə edilməsidir. ÜTT üzvlüyünün yaratdığı üçüncü və çox vacib üstünlük isə, ticarət mübahisələrinə dair ÜTT üzvlüyünün təklif etdiyi həll mexanizmlərindən istifadə edə bilmək imkanıdır. Çünki ÜTT üzvü olmayan ölkələrə belə həll mexanizmlərindən istifadə hüququ verilmir.

-Həlli yarımçıq qalan məsələlərdən biri də ipoteka proqramının təkmilləşdirilməsidir. Mərkəzi Bank kreditlərin sadələşdirilməsi ilə bağlı sənədi bu ayının sonunadək hökumətə təqdim edəcəyini bəyan edib. Dəyişikliklər gözlənilirmi siz necə düşünürsünüz?

-Mərkəzi Bank artıq iki ildir ipoteka proqramının təkmilləşdirləcəyinə dair açıqlama verir. Hələlik ortada heç bir dəyişiklik yoxdur. Baxmayaraq, fevralda Prezident tərəfindən sosial ipoteka kreditlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalanıb. Bu sahədə kompleks dəyişikliklərə ehtiyac var. İpoteka proqramının fəlsəfəsi sosial layihə olaraq mənzilə tələbatı olan Azərbaycan vətəndaşlarına yardım etməkdir. Buna görə də nəinki sosial, həm də adi ipoteka kreditlərinin verilməsi kommersiya məqsədi daşımamalıdır. Adi ipoteka kreditləri yalnız gənc ailələr üçün deyil, subay gənclər üçün də əlçatan olmalıdır. Dünyanın heç bir yerində belə ayrı-seçkilik yoxdur. Digər tərəfdən, təkliflərimizə baxmayaraq, Mərkəzi Bank hələ də Azərbaycanda elektron ipoteka sisteminin tətbiqini həyata keçirmir. Elektron hökümət proqramı çərçivəsində bu proqram da elektronlaşdırılmalıdır. Əvvəla, tələb olunan sənədlərin sayı azaldılmalıdır. Faiz dərəcələri aşağı salınmalıdır. Sosial ipoteka kreditləri 4 faizdən 2 faizə salınmalıdır, adi ipoteka kreditləri üzrə də faizlər endirilməlidir. Adi ipoteka kreditlərinin faizlərinin azaldılması üçün imkanlar genişdir. Çünki bu kreditlərin maliyyələşdirilməsinə instusional investorlar cəlb olunur. Dəyişikliklər ilkin ödənişin ləğvini, “Tikinti Əmanət Bankı” nın yaradılmasını əhatə etməlidir.

-Bank fazilərinin yüksəkliyi məsələsi gündəmdən düşmür. Artıq Mərkəzi Bank kredit faizlərinin aşağı salınması üzərində dərin tədqiqat işləri apardığını açıqlayıb. Bankların hazırkı kredit faizləri nə dərəcədə reallığı əks etdirir?

-Ölkədə istehlak kreditlərinin faizlərinin yüksək olması iqtisadi qanunlarla izah edilmir. Nəzərə alaq ki, əmanətlər üzrə orta illik faiz 8-dir, istehlak kreditləri isə 25 faizlə təklif olunur. Yəni, kommersiya bankı bir nəfərdən krediti 8 faizlə alır, amma digərinə həmin krediti 25 faizlə təklif edir. Bunun da iqtisadi baxımdan izahı mümkün deyil. Praktiki olaraq depozitlərlə istehlak kreditləri arasında 3 dəfədən artıq fərq var ki, bu da anormaldır.
Hazırkı vəziyyəti 2010-cu ilin analoji dövrü ilə müqayisə etsək, ölkəmizdə istehlak kreditlərindən istifadə edənlərin sayında 2,4 dəfə artım var. Kredit götürən fiziki şəxslərin sayı 1,6 milyon nəfərdən çoxdur. Cəmi 92 min hüquqi şəxs kreditlərdən istifadə edir. İstehlak kreditlərinin həcmi 1 milyard manatdan artıqdır. İstehlak kreditləri üzrə illik artım 35 faizə yaxındır. Bu da mövcud kreditlərin 40 faizini təşkil edir.İstehlak kreditlərinin faizinin aşağı salınması vacibdir.Bu, həm istehlakçılar, həm də bank sektoru üçün gərəklidir. Çünki istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması ölkədə problemli kreditlərin böyüməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına gətirib çıxarır. Bir sözlə, istehlak kreditlərinin faiz dərəcələrinə yalnız kredit götürənlərin ödəmə qabiliyyətinin olub -olmaması və necə ödəməsi aspektindən deyil, eyni zamanda bank sisteminin gələcəyi aspektindən yanaşmaq lazımdır. Çünki kredit faizləri yüksək olduqca həmin krediti qaytarmaqda vətəndaşların problemləri olur.

-Faizlərin yüksək olmasının səbəbi nədir?

-İstehlak kreditlərinin faizlərinin yüksək olması kommersiya banklarının cəlb etdiyi vəsaitlərin bahalığından irəli gəlir. Belə ki, heç də bütün kommersiya banklarının Avropadakı maliyyə mənbələrinə birbaşa çıxış imkanları yoxdur. Əmanətlər Avropa maliyyə mənbələrindən vasitəçilər vasitəsilə cəlb edilir. Vasitəçi faizini də nəzərə aldıqda, cəlb edilən kreditlər bahalı olur. Yəni bahalı kredit bahalı faizə səbəb olur. Eləcə də Mərkəzi Bankın kredit resurslarının kommersiya banklarının bank aktivlərindəki çəkisi azdır. Bu da ondan xəbər verir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri ölkədə kredit faizlərinin müəyyənləşməsinə hələlik təsir etmir. Digər tərəfdən, Azərbaycanda bank sektorunda kapitalın təmərküzləşməməsi səbəbindən rəqabətlilik nisbətən aşağıdır. Mərkəzi Bankın ilin sonunadək kommersiya banklarının minimum nizamnamə kapitalının 50 milyon manatadək artırılması barədə qəbul etdiyi qərar bank sektorunda kapitalın təmərküzləşməsi üçün imkan yaradacaq. Nəticədə bankların birləşdirilməsi banklararası rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq. Bu zaman bankların daha ucuz kreditlər təklif etməsi mümkün olacaq.

Kommersiya banklarının yanaşması dəyişməlidir. Bankların xərclərin azaldılmasına nail olunmalıdır. Bu xüsusən elektron hökumət elementlərinin bank sektoruna tətbiq edilməsi ilə mümkündür. Sözügedən yenilik imkan verəcək ki, bank xərclərini azaltmaqla kredit faizlərinin dərəcələrini aşağı salsın. Başqa tərəfdən, Mərkəzi Bank kommersiya banklarına verdiyi kredit resurslarının payını artırarsa, bu da istehlak krediti faizlərinin aşağı düşməsinə səbəb olar. Çünki banklar daha aşağı faizlə kredit götürdüklərindən bunu aşağı faizlə də təklif etmək imkanı qazanarlar. Kommersiya bankları beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı da gücləndirməlidir. Beynəlxalq maliyyə qurumları daha ucuz kreditlər təklif edirlər. Mərkəzi Bank da çalışmalıdır ki, bank sektorunda rəqabətin gücləndirilməsi üçün bir sıra xarici maliyyə qurumlarını Azərbaycan bank sektoruna cəlb etsin. Banklar arasında rəqabətin artması kommersiya banklarını məcbur edəcək ki, rəqabətə davam gətirmək üçün istehlak krediti faizlərin aşağı salsın.

Leyla Əliyeva

Leave A Comment