Asiya Beyin Mərkəzləri Tokyoda bir araya gəlir

Asiya Beyin Mərkəzləri Tokyoda bir araya gəlir

Beynəlxalq tədbirdə Azərbaycanın yeganə təmsilçisi olan Vüqar Bayramov beyin mərkəzlərinin qərarların qəbulundakı rolu barədə çıxış edəcək

Asiya Beyin Mərkzələri Sammiti Yaponyanın paytaxtı Tokyoda öz işinə başlayıb. Sammit iyunun 12-dən 14-dək Asiya İnkişaf Bankı İnstitutunda davam edəcək. Sammitin əsas mövzusu “İmkanlardan Yaralanan və Təhlükələri İdarə Edən Asiya Əsri: Beyin Mərkəzlərinin Roludur”. Sammit ilk dəfə olaraq Asiya və Sakit okean ətrafında yerləşən ölkələrin aparıcı beyin mərkəzlərini qloballaşan dünyada mövcud iqtisadi böhran və regional məsələləri və qlobal inkişafları müzakirə etmək üçün bir araya gətirir. Tədbirin təşkilatçıları Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) ilə Pensilvaniya Universiteti nəzdində yaradılmış Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramıdır (BMVCP). Tədbirdə AİBİ-nin sədri və BMVCP-nin direktoru iştirak edəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Qafqaz ölkələrində fəaliyyət göstərən beyin mərkəzləri içərisində sammitdə iştirak etmək üçün dəvət olunan yeganə beyin mərkəzidir. Azərbaycanın ilk beyin mərkəzi olan İSİM-in idarə heyətinin sədri Dr. Vüqar Bayramov qərarların qəbulu prosesində beyin mərkəzlərinin rolu mövzusunda təqdimat edəcək.

Iki günlük Sammitdə Asiya və Sakit okean ölkələrinin aparıcı beyin mərkəzlərinin əlli (50) rəhbəri iştirak edir. Sammitin əsas məqsədi Asiya və Sakit okean ölkələrində yerli və regional səviyyədə mövcud iqtisadi və siyasi problemlər və ümumi problemlərin ünvanlanmasında konstruktiv siyasət təklifləri və strategiyalarının inkişaf etdirilməsində beyin mərkəzlərinin rolunun müzakirə etdirilməsidir. Sammit Chatham House Rule qaydalarına uyğun olaraq dəyirmi masa ətrafında panel təqdimatları və müzakirələrlə müşayiət olunacaq.
Vüqar Bayramov bildirib ki, ilk dəfə olaraq bu samitə Azərbaycandan beyin mərkəzi dəvət edilir. Bu isə İSİM-in beynəlxalq qiymətləndirmədəki yüksək mövqeyi ilə bağlıdır.
İqtisadçı alim deyib ki, o tədbirdə beyin mərkəzlərinin cəmiyyətdə rolu, qərarların qəbuluna təsir imkanları və eləcə də onların rolunun gücləndirilməsi yolları istiqamətındə çıxış edəcək.

Leave A Comment