Polşada Xəzəryanı ölkələrin deputatları görüşəcək

Polşada Xəzəryanı ölkələrin deputatları görüşəcək

Görüşdə 100-dən çox ölkədən 2 mindən çox nümayəndə iştirak edəcək

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sentyabrın 2-də Türkmənistan istisna olmaqla Xəzəryanı ölkələrin millət vəkillərini Polşada görüşdürəcək. Bu barədə ANS PRESS-ə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, bu il sentyabrın 2-dən 5-dək CESD Polşada «Avropa Birliyi – Xəzər Dənizi arasında Əməkdaşlıq: Neft və Qaz Əməkdaşlığından başqa nə? forumu təşkil edəcək.

Forumda dünyanın 100-dən çox ölkəsindən 2 mindən çox nümayəndə iştirak edəcək. Azərbaycan, Rusiya, Qazaxıstan deputatları ilə yanaşı İran parlamentinin nümayəndələri də tədbirə spiker kimi qatılmağa razılıq verib.

Forumdə həmçinin Avropa Birliyi və Türkiyədən olan millət vəkilləri də iştirak edəcəklər.

Vüqar Bayramov bildirib ki, forumun məqsədi Avropa və qlobal arenanın Xəzər dənizinə sadəcə neft mənbəyi kimi ənənəvi baxışlarının dəyişdirilməsinə nail olmaqdır
Zülfüqar Xeyirxəbər

Leave A Comment