TAP Nabucco West-i niyə məğlub edə bildi?

TAP Nabucco West-i niyə məğlub edə bildi?

Bu gün Four Seasons Hotelində Dövlət Neft Şirkəti ilə BP arasında Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün anlaşma imzalandı.

TAP Norveçin Statoil (42,5 %), İsveçrənin Axpo (42,5 %) və Almaniyanın E.ON şirkətləri (15,0 %) tərəfində qurulan bir konsersumdur.
800 km uzunluğu olan bu kəmər Azərbaycan qazını Gürüstan, Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya çatdıracaq. Bolqarıstan daxili şəbəkə vəasitəsi ilə kəmərə qoşulacaq. Bununla yanaşı, Albania, Slovenia, Xorvatiya, Bosnia avə Herzegovina və Montenegro də Şah Dəniz qazından faydalanmaq imkanı qazanacaqlar. Kəmərin maksimum ötürmə gücü illik 60 milyard kub metr olacaq və birinci mərhələdə illik 10 milyard daha sonra 21 milyard kib metr qaz nəql ediləcək. Kəmərin inşasında gələn il başlanılması nəzərdə tutulur.
Təbii ki, sual yaranır; Nabucco West niyə uduzdu və ya niyə TAP seçildi?

Əvvəlla, TAP regionda maraqları olan bütün steykholderləri və cümlədən Azərbaycanı razı salan bir layihədir. Belə ki, bu kəmər Rusiyadan kənar keçsə də belə şimal qonşumuzun maraqlarına ciddi zərbə vurmur. Məhz bu baxımdan Rusiya daha çox Nabucco West-in seçilməsinə qarşı idi. Çünki bu layihə seçiləcəyi halda Rusiyanın Mərkəzi və Şərqi Avropadakı inhisarçı mövqeyi ciddi şəkildə zəifləyəcəkdi. Belə ki, Nabucco West məhz həmin ölkələrə qaz nəqlini nəzərdə tuturdu. TAP-dan isə bu regiondan faydalana biləcək yeganə ölkə Bolqaristandır. TAP-in reallaşması Rusiyanın Macarıstan, Çexiya, Polşa və gələcəkdə Ruminyanın Rusiya qazından asıllığının qorunub saxlanmasına gətirib çıxaracaq. Rusiya sadəcə TAP-ın seçilməsindən sonra İtaliyaya qaz nəqlini nəzərdə tutan Cənub axınının üzərindən xətt çəkməli olacaq. Yəni, praktiki olaraq Rusiya bu günki qərar nəticəsində Şərqi Avropanı əsasən inhisarda saxlaya biləcək amma İtaliya bazarına potensial daxil olmadan əl çəkməli olacaq. TAP Rusiya üçün “pislərin ən yaxşısı” kimi qiymətləndirilə bilər. O baxımdan Nabucco West-ə ciddi etiraz edən Moskva TAP-a qarşı neytral mövqe nümayiş etdirirdi.

Avropa Birliyinin məmun görünməsinin səbəbləri aydındır. Azərbaycan qazı ilk dəfə olaraq birbaşa Avropa bazarına çıxacaq; hətta baxmayaraq ki, bu anlaşmadan “təhlükəli zona”dan faydalanan yeganə ölkə Bolqarıstan olacaq. Amma Birliyinin üzvləri İtaliya və Yunanıstan və eləcə də bir sıra Balkan ölkələri o cümlədən Albaniya bu anlaşmadan töhvə götürə biləcəklər. Amma Avropa Birliyi Mərkəzi və Şərqi Avropa ölkələrində Qazprom asıllılığının aradan qaldırılması üçün başqa layihə üzərində düşünməli olacaq.

Azərbaycan da məmundur: TAP Nabucco-dan 450 km qısadır və deməli iqtisadi baxımdan daha rentabellidir. Nabucco West-ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz mavi qazını birbaşa Avropa bazarına və bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asıllığının aradan qalxmasına və Bakının mavi qaz ixracatında əsas hədəfinə nail olmasi anlamına gəlir. Bakı bu qərarla Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhvə verir, amma Moskvanın xətrinə dəymir. Bu baxımdan TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır.

Sözügedən anlaşmadan udan tərəflər birmənali şəkilddə Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a “ev sahibliyi” edəcək və bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Bütövlükdə, Türkiyəyə nəql edilən qazın həcmi illik olaraq 12,6 milyard kub metrədək yüksələcək. Gürcüstan yenə də tranzit ölkədər və TAP çərçivəsində həyata keçiriləcək 40 milyard dollarliq sərmayənin 25 milyard dolları Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldiləcək.

Leave A Comment