Harada həm ucuz, həm də keyfiyyətli istirahət etmək mümkün olar?

Harada həm ucuz, həm də keyfiyyətli istirahət etmək mümkün olar?

Yay fəsli gələr-gəlməz yəqin ki, hər kəsi “harada, necə həm ucuz, həm də keyfiyyətli istirahət etmək mümkün olar?” sualı düşündürür.
Kimisi ölkədən kənar xaricə, kimisi isə elə Azərbaycanda istirahət etməyə üstünlük verir. Necə deyərlər, hərə öz cibinə və imkanına görə istirahət edir. Bəs görəsən bu il həm maraqlı, həm də cibimizə uyğun istirahət təşkil etmək mümükündürmü? Bunun üçün nə qədər pul lazımdır?: “Bizdə qiymətlər bahadır. Xaricdə istirahət burada istirahətdən ucuz başa gəlir; Günü 50-60 manatdır. Qiymətləri münasib etsələr burada istirahət etmək daha yaxşı olardı. Bir də buradan xaricə getməzdik”.

Araşdırmalarımız göstərir ki, əksər turizm obyektlərində 50-60 manat ödəməklə bir günkük gecələmək mümkündür. Əyləncə və gündə üç dəfə yemək bu menyuya daxil edilərsə qiymət bir az da artır. Deməli qiymətlər o qədər də ucuz deyil. Sahibkarlar isə qiymətlərin münasib olduğunu və turistlərin son zamanlar xaricə üz tutmasından narahatdır. Sahibkar Altay Məmmədovun sözlərinə görə, bir ailə üçün stol 50-60 manatdır: “Qiymətləri o qədər də baha hesab etmirik və vətəndaşlarımızın niyə xaricə üz tutmasını anlaya bilmirik.

Menecer Taleh Əsgərov isə bildirir ki, bizdə bir gün gecələmək 40-60 manatdır, buna səhər yeməyi də daxildir. Əksər tirizm obyektləri isə qiyməti münasib etməklə daha çox turist cəlb etmək fikrindədir. Onlar hesab edirlər ki, bu yolla xaricə üz tutan turistlərin qarşının almaq mümkün olacaq. Ekspertlər isə yerli Turizm obyektlərində qiymətlərin olduqca baha olduğunu bu isə öz növbəsində turizmin inkişafına mənfi təsir etdiyini deyirlər.

Ekspert Vüqar Bayramov deyir ki, xarici ölkələrlə müqayisədə yerli tutizm obyektlərində qiymətlər olduqca bahadır.

Turizm obyektlərində qiymətlərin baha olmasına gəlincə ekspert hesab edir ki, bunun əsas səbəbi turizm obyektləri üzərində əlavə dəyər vergisinin cox olmsıdır. Qeyd edə ki, digər ölkələrdə məsələn Gürcüstan Rumuniya , Mərkəzi Şərqi Avropa ölkələrində turizm obyektləri üzərində əlavə dəyər vergisi 7% təşkil edir, qardaş Türkiyədə əlavə dəyər vergisi 7% olmaqla turizm obyektlərinə ilkin mərhələdə dövlət tərəfindən datasiya ayrılır:
“Ümumuyyətlə Azərbaycan turizminin inkişafına mane olan faktorlardan biri qiymətlərərin yüksək olmasıdır. Son vaxtlar xidmətlərin keyfiyyətində artım var, inkişaf var. Ancaq buna baxmayaraq Azərbaycanın turizm sektorunda olan qiymətlər keyfiyyətə uyğun olaraq müəyyənləşmir.qiymətlərin yüksək olması nəyinki xarici turistlərlərin eləcədə yerli turistlərin turizm obyektlərini istifadə etməsində əngəl yaradır”. Vergilər Nazirliyi isə turizm obyektlərində əlavə dəyər vergisinin həmin turizm obyektlərində qiymtlərin bahalaşmasına səbəb olduğu fikiri ilə razılaşmır.

Məsələyə münasibət bildirən vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün şəraitin mövcud olduğunu və gələcəkdə bunla bağlı parlamentdə hər hansı bir məsələ qaldırılarsa o zaman vergilər nazirliyi məsələ ilə bağlı təkliflərə baxa biləcəyini deyir: “Bilirsiz, hər hansı bir güzəştlərin nəzərdə tutulması qısa zaman kəsiyində həll olunan məsələ deyil.

Yəqin hər birinizə yaxşı məlumdur ki, bu barədə Parlamentin xüsusi qərarı olmalıdır,qanunvericilikdə dəyişiklər aparılmalıdır gələcəkdə belə sual ortaya cıxarsa biz bunuda eləməyə hazırıq. Kimsə fikirləşirsə bu gün turizm sektoru çox ciddi vergi yükü ilə yüklənmişdir. Ancaq bu belə deyil. Onlar o qədər də böyük vergi ödəmirlər”. Qeyd edək ki, hazırda mövcud yerli turizm obyektləri 18% olmaqla ələvə dəyər vergisi ödəyir. /atvxeber.az/

Leave A Comment