Yeni Qlobal Beyin Mərkəzi Alyansı Formalaşdırıldı

Yeni Qlobal Beyin Mərkəzi Alyansı Formalaşdırıldı

İSİM alyansda MDB-ni təmsil edən 2 mərkəzdən biridir

Noyabrın 1-də Çinin Hanikou şəhərində yeni qlobal alyansın yaradıldığı elan edilib. Növbəti 10 ildə inkişaf etməkdə olan ölkələrin potensial iqtisadi siyasətlərinin təhlilinə həsr edilən beynəlxalq konfransda alyansa daxil olan beyin mərkəzlərinin görüşü təşkil edilib. Alyansda Azərbaycan ilə yanaşı Braziliya, Çin. Cənubi Afrika Respublikası, Malaziya, Türkiyə, Rusiya, Nigeriya, Veytnam, Meksika və Hindistandan olan aparıcı beyin mərkəzləri cəmləşiblər. Eyni zamanda inkişaf etmiş 2 ölkədən, Almaniya və ABŞ-dan olan aparıcı beyin mərkəzləri də yeni quruma üzv qəbul olunublar.
İqtisadi və Sosil İnkişaf Mərkəzinin (İSİM) yaydığı açıqlamaya görə, mərkəzin sədri Vüqar Bayramov alyansın ilk yığıncağında iştirak etmək üçün Hanikou şəhərinə səfər edib. Azərbaycanlı iqtısadçı, eyni zamanda, beynəlxalq konfransda iqtisadiyyatın şaxələnməsi məsələləri üzər çıxış edəcək və aparıcı sesiyaların birinə də şərhçi kimi qatılacaq.

İSİM-dən bildiriblər ki, mərkəzin yeni qlobal alyansına MDB-dən dəvət edilən 2 təşkilatın biri olması sevindirici olmaqla yanaşı artıq təşkilatın qlobal reytinqdən xəbər verir. Bu Azərbaycan vətəndaş cəmiyyətlərinin qlobal arenada təmsilçilik imkanlarının genişləndirilməsindən gətirib çıxaracaq.
Mərkəzdən onu da əlavə ediblər ki, yeni alyansın məqsədi sadəcə yerli hökumətlərinin siyasətlərinə təsir göstərmək deyil, eyni zamanda beynəlxalq səviyyədə inkişaf etməkdə olan ölkələrin maraqlarının qorunmasın dəstək verməkdir.

Bu gün eyni zamanda alyansın internet səhifəsi təqdim edilib və şəbəkə yaxın zamanlarda inkişaf etməkdə olan ölkələrdə və eləcə də dünyanın aparıcı paytaxtlarında silsilə tədbirlərin təşkilinə başlayacaq.

Vüqar Bayramov alyansın iqtisadiyyatın şaxələnməsi istiqamətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Hanikouda təşkil edilən forum Almaniyanın GİZ, BMT-nin İnkişaf Proqramı və digər bir sıra aparıcı təşkilatlar tərəfindən dəstəklənir.

Leave A Comment