İQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİNİN AZƏRBAYCAN RESPUBLİKASININ 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNƏ VERDİYİ RƏY

İQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİNİN AZƏRBAYCAN RESPUBLİKASININ 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİNƏ VERDİYİ RƏY

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təqdim etdiyi 2014-cü il üçün nəzərdə tutulmuş dövlət büdcəsinin gəlir və xərcləri fikrimizcə son illərin ən reallığı əks etdirən büdcəsidir. 18 milyard 384 milyon manatlıq gəlirləri olan dövlət büdcəsindən 2014cü il ərzində 20 milyard 63 milyon manat xərc çıxandan sonra büdcə kəsiri 1 milyard 679 milyon manata bərabər olacaqdır. Maliyyə nazirliyinə əsasən bu da 58.57 milyardlıq Ümumi Daxili Məhsulun 2.87 faizini təşkil edəcəkdir. Dövlət büdcəsinin gəlir və xərcləri isə müvafiq olaraq ÜDM-in 31.40 və 34.30 faizlərin təşkil edəcəkdir. Dövlət büdcəsinin kəsiri istiqrazların çap olunması vasitəsilə maliyyələşdiriləcəkdir.

Büdcə gəlirləri son illər ərzində ilk dəfə azalacaqdır. Azalma 4.05 faiz radələrində olacaq. Buna səbəb Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) olan daxilolmaların azaldılmasıdır. Belə hal neft pulları ölkəyə axandan sonra ilk dəfə baş verir. Azalma 17.74 faiz miqdarındadır. Lakin buna baxmayaraq ARDNF xüsusi çəki etibarilə özünün liderlik mövqeyini qoruyur.

ARDNF-ın gəlirləri ötən ilə nisbətən 1.6% və yaxud 191.2 milyon manat az olaraq 11.63 milyard manat proqnozlaşdırılır. Lakin, 2014-cü il üçün ARDNF-ın xərclərinin 11.3 milyard manat müəyyən edilməsi və ötən il olduğu kimi xərclərin gəlirləri üstələməməsi müsbət haldır. Xatırladaq ki, 2013-cü ilin büdcə layihəsində Neft Fondunun xərcləri gəlirlərindən 1.78 milyard manat artıq proqnozlaşdırılıb ki, bu hal həm büdcənin neftdən asılılığının artmasına və həm də neft vəsaitlərinin qorunub saxlanması prinsiplərinə zidd olub.

CESD-nin Büdcə Rəyinin Tam Mətnini Burada Yükləyin

Leave A Comment