Sənədsiz evlərin sayı yenidən artır

Sənədsiz evlərin sayı yenidən artır

Vüqar Bayramov: “Evlərin inşa edildiyi torpaqların sənədləri də yoxdur”

Rəcəb İmanov: “Vətəndaşlar müxtəlif vasitələrdən istifadə edərək belə evlər tikirlər”

2013-cü ildə Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Qanunsuz tikilmiş evlərin əksəriyyəti Bakıvə Bakıətrafı ərazilərə təsadüf edir.

Vüqar Bayramov “Mövqe”yə verdiyi açıqlamada məsələ ilə bağlıbildirdi ki, ümumilikdə,Bakı şəhərindəqeydiyyatsız evlərin sayı 500 mindən artıqdır: “Qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı ölkəPrezidentinin göstərişi var. Eyni zamanda, parlamentdə də bu istiqamətdə qanun layihəsinin hazırlanmasına başlanıldı. Amma bu, hələlik sənədsiz mənzillərin sayının azalmasına gətirib çıxarmayıb. 2013-cü ildə Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib Həmin rəqəm 2012-ci illə müqayisədə azdır. 2012-ci ildə təxminən 5 mindən artıq sənədsiz ev inşa edilib”.

Ekspertin fikrincə, sənədsiz evlərin inşa edilməsinin səbəblədən biri ondan ibarətdir ki, yerli icra hakimiyyəti orqanları bəzən sənədlə müraciət edən şəxslərə müsbət cavab vermir: “Bu da parlamentdə müvafiq qanun lahiyəsinin olduğu ilə əlaqələndirlir. Müvafiq qanun layihəsinə görə, mərtəbələrinin sayı 3-ə qədər olan evlərə icazənin alınmasıtələb olunmur. Yalnız icra orqanlarının məlumatlandırılmasına ehtiyac var. O baxımdan, qanun lahiyəsinin qəbul edilməsi ikimərtəbəli qeydiyyatsız evlərin sənədləşməsi anlamına gələcək. Sənədsiz evlərin sayının artması həm də icra hakimiyyəti orqanlarının tikinti ilə bağlısənədləri qəbul etməməsi və onları vaxtında cavablandırmaması ilə bağlıdır. Digər səbəb onunla bağlıdır ki, evlərin inşa edildiyi torpaqların sənədləri də yoxdur. Torpaqların sənədləri olmadığıüçün həmin evlərin qeydiyyata alınması mümkün deyil. Digər səbəb onunla bağlıdır ki, vətəndaşlar sənədi almaqdan bilərəkdən yayınırlar. Düşünürlər ki, sənədin alınmasıvaxt, xərc tələb edir. Bütünlükdə burada qanunvercilikdə boşluq, yerli icra hakimiyyəti orqanlarının müraciətlərə vaxtında cavab verəməməsi və vətəndaşların məsələyə laqeyd münasibət bildirməsi kimi səbəblər var”.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov bildirdi ki, bizdə olan məlumata görə, bu evlərin tikilməsi ilə bağlı heç bir rayon üzrə hesabat aaparılmır: “Vətəndaşlar müxtəlif vasitələrdən istifadə edərək belə evlər tikirlər. Nəticədə heç bir qurum hesabat aparmır ki, ay ərzində hansı rayonun ərazisində belə evlər tikilib. Bunun qarşısının alınması mexanizmi də yoxdur. Baxmayaraq ki, hökumətin ən üst səviyyələrindəbuna dəfələrlə münasibət bildirilir ki, qarşısı alınsın. Amma proses hələ dədavam edir. Bunun qarşısını almaq üçün daha sərt addımlar atılmalıdır. Əks təqdirdə,hökumtin ən üst təbəqələrindən buna münasibət bildirilməsinə baxmayaraq, problem davam edəcək”.

Ekspertin fikrincə, hansısa bir qurumun rəsmi və ya qeyri-rəsmi icazəsi olmadan hazırki vəziyyətdə bir vətəndaşın gizlin ev tikməsi mümükün deyil: “Qurumlarla gizli danışıqların qarşısını almaq, onları sərt şəkildəcəzalandırmaq lazımdır. Mənzilillərin əksəriyyəti qısa müddətə tikilmiş tikililər deyil. Onların əksəriyyəti çox uzun bir dövrdətikilib. Yəni, mümkün deyil ki, mənzil tikilsin, amma heç bir qurumun xəbəri olmasın. Xəbərləri olur və müxtəlif danışıqlar yolu ilə həmin evin tikintisinə qeyri-rəsmi icazə alırlar”.

Mübariz BAYRAMOV

Leave A Comment