Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi istiqamətləri

Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi istiqamətləri

Təhsil hər bir ölkənin o cümlədən də Azərbaycanın sosial siyasətinin priaritetistiqamətlərindəndir. Müasir dövrdə müharibələrin, hərbi müdaxilələrin, gücün nümayişini deyil daha çox elmin, təhsilin, beyinlərin mübarizəsinin şahidi olmaqdayıq. Yəni həyatın mübarizə qaydaları belə bu gün təhsilin inkişafını tələb edən əsas faktorlardandır. Məhz bu prizmadan yanaşdıqda Azərbaycanda müasir təhsil sisteminin yaradılması hökumət qarşısında dayanan vacib məsələlərdəndir. Müasir təhsil sistemi isə özlüyündə bu sahəyə daha geniş spektrli yanaşma tələb edir. Yəni təhsil infrastrukturu, təhsil proqramı, təhsildə dövlət, xarici dövlətlərlə təhsil mübadiləsi kimi amillər bu sahənin inkişafını, təkmilləşdirilməsini təmin edəcək mühüm elementlərdir. Nəzərə alsaq ki, təhsilə investisiya çox əhəmiyyətli və perspektivli sahə olsa da, bir çox hallarda ailələrin büdcəsi gələcək haqqında proqramlaşma aparmağa və uzunmüddətli investisiya qoymağa imkan vermir. Bu səbəbdən də, sektorda əsas ağırlıq dövlətin üzərinə düşür. Hazırda dünyanın hər bir dövləti öz büdcəsində təhsilə xərclər ayırır. Bu xərclərin həcmi və ümumiyyətlə dövlətin təhsil siyasəti əslində sosial siyasətin tərkib hissəsidir. Lakin bütün digər sahələrdə olduğu kimi, təhsilə qayğı və təhsilin maliyyələşdirilməsinin səviyyəsi bu sahədə tətbiq edilən mexanizmlər fərqlidir. Ölkəmizdə də müstəqilliyin ilk günlərindən başlayaraq keçmiş sovet təhsil sisteminin dəyişdirilməsi, yeni və daha keyfiyyətli müasir maliyyə mexanizmləri ilə zənginləşdirilmiş sistemin formalaşdırılması istiqamətində addımlar atılmaqdadır. Lakin bu sahənin daim yenilənməsi və qabaqcıl təcrübələrdən geri qalmaq kimi amillər dövlətin təhsil sektorunda daim islahatlar aparmasını gərəkdirir. Məhz bu səbəbdəndir ki, 2013-cü ilin sonlarında yeni təhsil strategiyası qəbul edilib. Ümid edirik ki, yeni strategiya bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında və dünya standartlarına uyğun təhsil modelinin formalaşmasında ölkəmiz üçün mühüm əlamətləri ilə yadda qalacaq.

Tam İSİM Hesabatini Buradan Yukleye Bilersiniz

Leave A Comment