Vüqar Bayramov: “Ölkəyə 2013-cü ildə 103 mindən artıq avtomobil gətirilib”

Vüqar Bayramov: “Ölkəyə 2013-cü ildə 103 mindən artıq avtomobil gətirilib”

“Azərbaycanda bir qədər əvvəl dayandırılmış avtomobil kreditləri yenidən aktivləşib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, yaxın vaxtarda tətbiq olunması nəzərdə tutulan yeni qaydalarda kreditlərin şərtləri dəyişdirilib: “Belə ki, avtomobil alınması üçün kreditlər üzrə ilkin ödənişlərin məbləği ciddi surətdə artırılaraq minimum 40%, maksimum 80% olacaq. Ölkəmizə 2013-cü ildə 103 mindən artıq avtomobil gətirilib. Ölkəyə idxal olunan avtomobillərin təxminən 70 %- dən artığı məhz kreditlərlə satılan avtomobillərdir”.

Vüqar Bayramov onu da qeyd edib ki, bu qadağanın avtomobil bazarına mənfi təsir göstərdiyi üçün indiki mövcud şərtlərlə avtomobillərin bərpa edilməsi, avtomobil bazarındakı müşahidə edilə biləcək durğunluğu aradan qaldırmaq məqsədi daşıyır: “Nəzərə alsaq ki, ilkin ödəniş məbləği yüksəkdir. Bu ödəniş yüksək olduğu üçün məqbuldur ki, banklar bu öhdəliyi öz üzərinə götürsün və ilkin ödənişi bir az azaltsınlar. Hazırda 80% ilkin ödənişlə vətəndaşların avtomobil almağa maraqlarının yüksək olacağı gözlənilmir. Amma bütün hallarda kreditləşmənin bərpa edilməsi ilə yanaşı şərtlər daha da yüngülləşdirilməlidir”.
Ruqiyyə Nəcəfzadə

Leave A Comment