İpoteka kreditlərindən nə üçün istifadə etmirik?

İpoteka kreditlərindən nə üçün istifadə etmirik?

İpoteka kreditlərinin veriləcəyi ilə bağlı ilk məlumatlar yayılanda ailə qurmaq istəyən gənclər bu xəbəri sevinclə qarşıladı. Nəhayət, ev-eşik yiyəsi olacaqları ilə bağlı ümidləri yaranan gənc ailələr ipoteka kreditinə müraciət edəndə arzularının qarşısında tələb olunun şərtlər açıqlandıqdan sonra bu ümidlər heçə endi. Çünki bu gün də tələb olunan həmin şərtlər öz ağırlığına görə dünyada rekord həddədir. Krediti almaq üçün əsas tələb kimi ortaya qoyulan sənədlərin sayının 18 olması insanları ipotekadan imtinaya məcbur edir. İ

qtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ipoteka kreditlərinin faizinin yüksək olması gənc ailələrin bu kredit növündən faydalanmasına çox az şərait yaradır. Azərbaycan ipoteka krediti üçün tələb olunan sənədlərin sayına görə birincidir. Tələb olunan 18 sənəd xərc deməkdir, eyni zamanda vaxt itkisi deməkdir. FaktXəbər-in sorğusunu cavablandıran gənclərin bir çoxu ipoteka kreditlərinin yüksək faiz dərəcələrindən və tələb olunan sənədlərin çoxluğundan şikayətçi oldular.

Leave A Comment