Azərbaycanlılar hər il dərmana 350 milyon manat pul xərcləyirlər

Azərbaycanlılar hər il dərmana 350 milyon manat pul xərcləyirlər

Ölkəyə gətirilən dərmanların əksər hissəsi qeydiyyatdan keçmir

Azərbaycan dünyanın 40 ölkəsindən 200-dən çox dərman preparatı alır, eyni zamanda da 60 adda dərman preparatını istehsal edir. Yenədə deməliyik ki, dərman preparatlarının əsas hissəsi xaricdən gəlir.

Oxu.az “Exo” qəzetinə istinadən bildirib ki, bu məlumatı İqtisadi və sosial inkişaf Mərkəzinin sədri Vüqar bayramov bildirib.

Onun sözlərinə görə, rəsmi məlumata əsaslanaraq ölkəyə gətirilən preparatlar 200 milyon manat, yerli məmulatlar isə 30 milyon manat dəyərindədir.

“Məlumdur ki, ölkəyə gətirilən dərmanların əksər hissəsi qeydiyyatdan keçmir. Buna əsaslanaraq demək olar ki, dərman preparatlarının real bazarının sərhədləri rəsmi göstəricilərdən artıqdır”.

Tədqiqatlara görə, ölkə əhalisi hər il dərmanlara 350 milyon manat vəsait xərcləyir. orta hesabla hər adama il ərzində 50 dollardan artıq, 40 manat düşür.

Qonşu ölkələrlə müqayisədə biz dərmana daha çox pul xərcləyirik.

“Məsələn İranda bu göstərici 20 dollar, Türkiyədə 25 dollar, Gürcüstanda isə 20 dollardan azdır. Bizdə göstəricilərin belə yüksək olması, bazarda rəqabətin zəif olmasıdır, bu isə öz növbəsində qiymətlərə təsir edir. Seçim olmadığı üçün əhali satışda olandan istifadə etmək məcburiyyətində qalır” – deyə ekspert bildirib.

Vüqar Bayramov həmçin bildirib ki, Bakıda 500 yaxın əczəxana var.

Azərbaycan azad İstehlakçılar İttifaqıının başçısı Eyub Hüseynov öz növbəsində, deyib ki, başqa ölkələrdə səfərdə olanda əczəxana və müştərilərə xüsusi diqqət yetirib.

“Məsələn Fransada əczaxanaların sayı bizdəkindən 20 dəfə azdır. Mütərilərin də sayı demək olar ki elə o qədər. Azərbaycanda müxtəlif əczəxana şəbəkəsi var və onların çox saylı müştərisi var.

Maraqlısı odur ki, bu biznesi müxtəlif elektron KİV, tibbi mərkəzlər, dərman preparatları satıcıları, eləcə də həkimlər dəstəkləyir. təsadüfi deyil ki, qonşu ölkələrə – Rusiya, Türkiyə və İrana xəstə axını, bizə isə həkim səfəri artıb. Heç də həmişə peşəkar olmayan həkimlər bizim xəstələri müalicə etməyə gəlirlər.

Vəziyyət acınacaqlıdır, 30-35% dərmanlar keyfiyyətsiz olur, bu isə insanların sağlamlığına çox böyük zərbədir.

İnsanlar təşviş içindədirlər: dərmanlar çox zaman kömək edtmir, həkimlər isə dərman şirkətlərinin nümayəndələrinin təsiri altındadır. Belə dərmanlara olan ehtiyacı yaradan amillərdən biri də qida məhsullarının keyfiyyətidir. Təsadüfi deyil ki, yaxın zamanlarda Bakıda qida məhsullarının təhlükəsizliyinə həsr edilmiş konfrans keçiriləcək. İnsan sağlamlığında əsas rol oynayan qida məhsularının təhlükəsizliyi haqqında qanunun qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək” – deyə ekspert bildirib.

Leave A Comment