Eyni yolun dəfələrlə təmir edilməsi büdcə vəsaitinin israf olunmasına səbəb olur

Eyni yolun dəfələrlə təmir edilməsi büdcə vəsaitinin israf olunmasına səbəb olur

Təmir adına bərbad vəziyyətə salınan yolların və bu yollara sərf edilən vəsaitin aqibətindən heç kimin xəbəri yoxdur

Paytaxtda elə bir küçə yoxdur ki, iki dəfə təmir olunmasın. Müxtəlif səbəblərdən yollar təmirdən sonra yenidən dağıdılır və təzədən təmir olunur. Asfalt çəkiləndən sonra yada düşür ki, burdan hansısa kommunikasiya xətti keçməli imiş. Məsələn paytaxtın Tbilisi prospektini buna misal göstərmək olar.

Tez-tez təmir olunan yolda bəzən ildə iki dəfə təmir işləri aparılır. Paytaxtın General Abbasov küçəsində də eyni mənzərəni görmək mümkündür. Bir ildə düz 3 dəfə təmir olunub. Birinci dəfə yolun bardur hissəsinin təmir olunması ilə əlaqədar qazılsa da ikinci dəfə əsaslı təmir üçün bağlanmışdı.

Yol təzə təmir olunub qurtarmışdı ki, işıq dirəklərinin quraşdırılması ilə əlaqədar yenidən qazmaq məcburiyyətində qaldılar.Təmir adına bərbad vəziyyətə salınan yolların və bu yollara sərf edilən vəsaitin aqibətindən heç kimin xəbəri yoxdur. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə yolların bir neçə dəfə təmir olunmasının əsas səbbələrindən biri strateji planlaşdırmanını olmamasıdır.

Ekspert, Vüqar Bayramov: “Burada təkcə yollar deyil həmçinin digər obyektlərin də yenidən təmir olunması bura aiddir. Məsələn binaların üzlük hissəsinin təmir olunması. Bizdə buna da pul ayrılır və daha sonra həmin bina başlayır sökülməyə. strateji plandaşdirmaya ehtiyac var.

ANS-in dəfələrdə diqqətdə saxladığı bu məsələ parlamentdə də səsləndi. Yerli idarəetmə orqanlarında israfçılığın olmasını elə Yeni Azərbaycan partiyasından olan millət vəkili Siyavuş Novruzov qaldırdı.

Dünya təcrubəsi ilə göstərir ki, yüksək kefiyyətli yol üçün istismar müddəti qoyulur. Əgər yol bu müddətdən tez sıradan çıxarsa o zaman məsuliyyəti işi həyata keçirən qurum daşıyır. Bizdə isə nə zaman, nə kefiyyət meyarı olmadığından hələlik məsuliyyətə cəlb olunan da yoxdur.
ANS TV

Leave A Comment