Əhali arasında məlumatsızlıq korrupsiya yaradan əsas səbəblərdəndir

Əhali arasında məlumatsızlıq korrupsiya yaradan əsas səbəblərdəndir

İSİM korrupsiyaya qarşı mübarizəinin səmərəliliyini artırmaq üçün regionlarda maarifləndirmə işləri aparır

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə   “Korrupsiyasız Azərbaycan; regionlarda maarifləndirmə və məlumatlandırma kampaniyası”layihəsi çərçivəsində Gəncə şəhərində təlim keçirib. Təlim korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın tələblərinə dair   dövlət  (icra strukturları, məhkəmələr,yerli vergi orqanları) və   yerli özünüidarə orqanlarının, ictimaiyyət nümayəndələrinin   maarifləndirilməsi, məlumatlandırılması məqsədi daşıyıb. Tədbirdə mərkəz Milli Strategiya, bununla əlaqədar 2007 — 2011-ci illər üçün nəzərdə tutulan Fəaliyyət Planı ilə bağlı geniş təqdimat edib. Bi istiqamətdə iştirakçıları maraqlandıran suallar cavablandırılmaqla yanaşı yerli təşkilatların korrupsiyaya qarşı mübarizə sahəsində təklifləri dinlənilib.

İSİM rəhbəri Vüqar Bayramov bildirib ki, layihənin əsas məqsədi yalnız Bakıda deyil, eyni zamada regionlarda da korrupsiyaya qarşı mübarizənin sürətləndirilməsi, əhalinin maarifləndirilməsi, eləcə də onların şikayətlərinə vaxtında və düzgün baxılması məqsədilə yardımların göstərilməsidir. Məlum olub ki, layihə həmçinin dövlət və yerli özünüidarə orqanlarının  fəaliyyətlərinin təkmilləşməsinə, fəaliyyətlərinin daha səmərəli surətdə təhlil edilməsinə, qiymətləndirilməsinə xidmət edir: “İSİM-in araşdırmaları göstərir ki, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlılıq səviyyəsinin aşağı olması bu hüquqi sənəddən irəli gələn tələblərin reallaşmasını ləngidir.Xüsusilə regionlarda məlumatlılıq səviyyəsinin aşağı olması səbəbindən baş verən  kiçik bir  korrupsiya halı belə  qanunun  aliliyinin bərqərar olması, yoxsulluğun aradan qaldırılması, iş yerlərinin açılması  kimi çox mühüm  proseslərin  ləngiməsini şərtləndirir. Dünya ölkələrinin təcrübəsi    korrupsiyaya qarşı mübarizə üsulları arasında  ictimai nəzarət, vətəndaş cəmiyyətinin aktivliyi əhəmiyyətli  rol oynayır. Hakimiyyət  orqanları korrupsiyanı doğuran səbəblərə, onun nəticələrinə qarşı mübarizədə  geniş miqyaslı ictimai dəstək almadıqda  istənilən nəticəni əldə etmək mümkün olmur. Məqsədlərdən biri də Milli Strategiyadan irəli gələn tələbə uyğun olaraq  ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır”.

 

 

Leave A Comment