Azərbaycanda ən təhlükəli peşələr hansılardır?

Azərbaycanda ən təhlükəli peşələr hansılardır?

“Azərbaycanda nisbətən daha təhlükəli peşə tikinti sahələrindədir”.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, son illər bədbəxt hadisələrin və ölümlərin ən çox hissəsi inşaat sektorunun payına düşür.

“Təhlükəli peşələr arasında ikinci yerdə neftçi peşəsi dayanır. Qabaqcıl texnologiyaların gətirilməsi ilə neft sektorunda bədbəxt hadisələrin sayı nisbətən azalıb. İnfrastruktur yaxşılaşıb. Buna baxmayaraq, neft-qaz sektoru ən təhlükəsi peşə sahələrindəndir. Ümumi qidalanma sahələri də yüksək riskli sahələrdəndir. Bəzən çörəkxanalarda çörək bişirilərkən istehsal qaydalarına riayət edilmir. Nəticədə ümumi qida sahəsində ölüm sayı son ilər artıb”, – o əlavə edib.

Ekspertin sözlərinə görə, nəqliyyat sektorunu da təhlükəli peşələrə şamil etmək olar. Nəqliyyat vasitələrinin sürücüləri hər dəfə sürət rejiminə əməl etmirlər. Nəticədə bu sektorda da ölüm halları qeydə alınır.

Təhlükəli peşələr arasında ilk beşliyi dənizçilik sahəsi qapayır.

V.Bayramov qeyd edib ki, ən təhlükəsiz peşə elm sahəsindədir. Bu sektorda təhlükə məhduddur. Səhiyyə və təhsil sahəsini də təhlükəsiz sahələrə şamil etmək olar

Leave A Comment