Beyin Mərkəzləri Tokioyaya toplaşır

Beyin Mərkəzləri Tokioyaya toplaşır

Qafqaz və Orta Asiyanı bu tədbirdə Azərbaycan təşkilatı təmsil edəcək

Dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri mayin 20-dən 23-dək Tokioda bir araya gələcəklər. Asiya İnkişaf Bank təşkilatçılığı ilə təşkil edilən Beyin Mərkəzlərinin Qlobal Sammiti dünyanın bir sıra aparıcı qurumları və universitetləri tərəfindən dəstəklənir. Bu tədbirdə Cənubi Qafqaz və Orta Asiya regionunu İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edəcək. Bu haqda CESD-nin İdarə Heyətini Sədri Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə düya və eləcə də region ilə bağlı mühüm geo-siyasi məsələlər müzakirə ediləcək. Sammitə bir sıra aparıcı ölkələrin rəsmillərinin də qatılması tədbirin əhəmiyyətini göstərməklə yanaşı beyin mərkəzlərinin qlobal prosesdəki rolunun artmasının göstəricisidir.
ABŞ-ın məşhur ali məktəblərindən olan Penselveniya Universitetini qlobal qiymətləndirilməsində CESD-nin regionunun aparıcı beyin mərkəzi seçildiyini və bu səbəbdən də regionu təmsil etdiyini vurğulayan Vüqar Bayramov bildirib ki, tədbirdəki çıxışı zamanı o Qafqaz və Orta Asiyada baş verən dəyişikliklər ilə yanaşı Ukraniya hadisələrinə də toxunacaq: regional məsələlərə qlobal diqqətin artırılması əsas məqsədlərdəndir.

Qeyd edək ki, CESD keçmiş SRRİ-dən dünyanin məşhur ali məktəbi olan Harvard Universitetenin rəsmi katoloqun daxil edilən yeganə beyin mərkəzidir.

Leave A Comment