Əməkhaqlar nə zaman artırılacaq?

Əməkhaqlar nə zaman artırılacaq?

Vüqar Bayramov: “2011-ci ildə əməkhaqqı artımları heç də  bütün sferaları əhatə etməyəcək”

20011-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqını 379 manata çatdırmağı planlaşdıran hökümət hələ də məvaciblərin artırılması yönündə qərar qəbul eyməyib.  Baxmayaraq ki, dövlət büdcəsinə edilən əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi də çoxaldılıb.

İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, iyun ayında dövlət büdcəsinə edilən əlavə və dəyişiklik nəticəsində  büdcənin gəlirləri 15,55 milyard manata, xərcləri 15,94 milyard manata çatdırıldı: “Dəyişiklikdən sonra 2011-ci ilin büdcəsində sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat təşkil edir. Əməkhaqlarının artırılması ilə bağlı dövlət başçısının göstərişi və eləcə də hökümət nümayəndələrinin mart-aprel aylarında müxtəlif bəyanatları olub. Dövlət büdcəsinin imkanları da əməkhaqlarının artırılmasına şərait yaradır. Lakin bununla belə  əməkhaqlarının artımı baş vermir”.

İqtisadçı bu istiqamətdə qərarın verilməməsinin iki əsas səbəbi olduğunu deyir: “Əvvəla əməkhaqqı artımları ilə yanaşı dövlət büdcəsi hesabına 2006-cı ilin  yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanmasının həyata keçirilməsi nəzərdə tutulurdu. Güman edilir ki, 2006-cı ilin  yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Belə ki, hökümət  pensiya və əməkhaqqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu  vəsait daxil etməkdən ehtiyatlanıb. Çünki pensiya  ilə yanaşı əməkhaqlarının artırılması  istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi”.V.Bayramov hökümətin iki sosial addımı eyni vaxtda atmaqdan ehtiyatlandığını söyləyir: “Digər səbəb hökümətdə əməkhaqlarının hansı faizlərlə artırılacağına dair vahid fikrin olmamasıdır. Bəzi hökümət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir.  Tərəddüdlər artımları yubadıb.Bütün hallarda hökümətdə əməkhaqqı artımlarının reallaşması ilə bağlı yekdil fikir var”.

Əməkhaqları artırılarsa, artımların 10-15 faiz intervalında olacağının söyləyən mütəxəssis 2011-ci ildə artımların heç də  bütün sferaları əhatə etməyəcəyinin gözlənilən olduğunu vurğulayır: “Bu maliyyə vəsaitlərinin azlığı ilə bağlı deyil. Sadəcə hökümət hər il əməkhaqqı artımlarına getməklə ciddi sosial öhdəlik götürməkdən ehtiyatlanır. Xüsusən nəzərə alsaq ki, neftin dünya bazar qiymətində dəyişikliklər, o cümlədən qlobal maliyyə böhranın yeni mərhələsinin başlayacağına dair narahatçılıqlar var. Hökümət   əməhaqqı artımına gedəcəyi halda növbəti ildə bu sosial öhdəliyin yerinə yetirilməsində yarana biləcək problemdən narahatdır.

V.Bayramov  əməkhaqqı artımlarının oktyabr ayının 1-dən reallaşacağını istisna etmir: “Güman edilir ki, artımla bağlı qərar sentyabrda veriləcək. Oktyabrın 1-dən bir sıra sektorlarda artımlar reallaşdırılacaq”.

O ki qaldı artımların istehlak bazarında yarada biləcəyi inflyasiyaya, iqtisadçı bildirir ki, əməkhaqqı artımlarına iyul ayında gedilsəydi bu istehlak bazarına ciddi təsir etməyəcəkdi: “Buna görə də, İqtisadi və Sosial İnkişaf Mərkəzi artımların iyul ayında reallaşdırılmasını təklif edirdi. Çünki adətən bu ay Azərbaycanda ciddi inflyasiya qeydə alınmır. Əməkhaqqı artımının payız aylarında gözlənilməsi istehlak bazarında yeni bahalaşmanın yaranacağına dair narahatçılıq yaradır. Oktyabrdan ciddi qiymət artımlarının müşahidə edilməsi istisna olunmur”.

 

 

Leave A Comment