Ölkədə taxıl və un məhsulllarında qiymət artımı proqnozlaşdırılmır – ekspert

Ölkədə taxıl və un məhsulllarında qiymət artımı proqnozlaşdırılmır – ekspert

“İyun ayının yekunlarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faizdən çox taxıl istehsal olunub.”

Bunu SalamNews-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sölərinə görə, bu il ölkədə 2,7 milyon ton taxıl istehsal olunub. Bu məhsulun təxminən 1.8 milyon tonu buğdadır. Ölkədə mövcud ehtiyacı təmin edəcək qədər buğda istehsal olunsa da, bu məhsulun yalnız 30 faizi çörək istehsalında istifadə olunur,70 faizi isə istehsala yaramır. Ölkədə istehsal olunan taxıl məhsulları beynəlxalq standartlara cavab vermədiyi üçün Azərbaycan Rusiya və digər ölkələrdən taxıl məhsulları idxal etməyə məcbur olur”.

V.Bayramovun fikrincə, taxılın bolluğuna baxmayaraq çörək və un məhsullarının qiymətinin qalxmasının səbəbini daxili bazarda qiymətlərin yüksək olması ila əlaqəli deyil: “Bu daha çox Rusiya, Qazaxıstan və İranın daxili bazarlarında qiymətlərin tənzimlənməsindən asılıdır. Əgər bu ölkələrdə taxılın qiymətində artım baş verirsə, o zaman Azərbaycana idxal olunan taxılın qiymətində də artım baş verəcək. Amma Rusiya regionda Qazaxıstanla rəqabət apardığı üçün bu ölkədə də qiymət artımının baş verməsi gözlənilmir. Bütün bunları nəzərə aldıqda Azərbaycanda taxıl və un məhsulllarında qiymət artımı proqnozlaşdırılmır.”

Leave A Comment