Ekspert: “Azərbaycan yaxın 20 ildə də mövqeyini qoruya biləcək”

Ekspert: “Azərbaycan yaxın 20 ildə də mövqeyini qoruya biləcək”

“Azərbaycan enerji ölkəsi olaraq yaxın 20 ildə də bu sahədə mövqeyini qoruya biləcək. 2017-ci ildən sonra neft hasilatında azalma gözlənsə də, “Şahdəniz” layihəsinin 2-ci fazasının istifadəyə verilməsi mavi qaz hasilatını və ixracını artıracaq, bu isə təbii resursların satışından gəliri balanslaşdıracaq”. İqtisadçı alim Vüqar Bayramov Londonda nəşr edilən “BP Qlobal” jurnalına müsahibəsində belə deyib.

“Media forum” saytının məlumatına görə, alim 2013-cü ildə Azərbaycanda 43.5 milyon ton neft, 29.5 milyard kubmetr mavi qaz hasil edildiyini vurğulayıb: “Sahdəniz”in 2-ci fazası istifadəyə verildikdən sonra qaz hasilatının illik 40 milyard kubmetrədək yüksəlməsi gözlənir. 2022-ci ildən isə ölkə “Abşeron” yatağından mavi qaz hasil etməyi planlaşdırır. Bu isə artıq yaxın illərdə Azərbaycanda mavi qaz mərhələsinin formalaşacağından xəbər verir. 1994-cü ildə 30 il üçün bağlanan neft müqaviləsinin bitmə müddətinin uzadılması da olduqca vacibdir. Bununla Azərbaycan hələ uzun müddət neftdən daxil olmaları qoruyub saxlaya bilər”.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkə hökuməti qarşısında iqtisadiyyatın diversifikasiyasını əsas prioritet kimi müəyyənləşdirib: “Son 5 ildə iqtisadi artım eyni zamanda iqtisadiyyatın şaxələnməsi ilə müşahidə edilib. 2010-cu ildən neft sektorunda azalma müşahidə edilsə də, bu azalmalar ümumi daxili məhsuldakı artım tempini azaltmayıb. 2013-cü ilin büdcəsində qeyri-neft sektorunun payı təqribən 25 faiz idisə, 2014-cü ildə bu pay 35 faizədək yüksələcək. Ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 62 faizədək artacaq”.

“Media forum”

Leave A Comment