Qızılın ucuzlaşması Azərbaycan bazarlarından yenə yan keçir

Qızılın ucuzlaşması Azərbaycan bazarlarından yenə yan keçir

Vüqar Bayramov: «Qızılın qiyməti azalan tendensiya üzrə gedir, buna rəğmən, Azərbaycan qızıl bazarında dəyişiklik müşahidə olunmur»

Oqtay Haqverdiyev: «Bu gün qiymət ucuzlaşmaması Azərbaycan qızıl bazarındakı rəqabətliliyin az olması ilə bağlıdır»

Azərbaycanın ən çox qızıl aldığı ölkələrdən sayılan Türkiyədə, xüsusən də Rusiyada qızılın qiyməti düşüb. Buan əsas səbəb isə son aylarda qızılın dünya bazarlarında qiymətinin ucuzlaşmasıdır. Lakin Azərbaycanda bunun təsiri hələ ki, qızıl bazarında hiss olunmur. Ekspertlərdən bunun səbəbini fərqli prizmadan izah edir. Belə hesab edilir ki, bu vəziyyəti yaradan amil Azərbaycan qızıl bazarında rəqabətliliyin aşağı səviyyədə olmasıdır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov məsələ ilə bağlı Mövqe.az-a bildirib: “Son aylar dünya bazarında qızılın ucuzlaşması müşahidə olunur. O cümlədən qonşu Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində qızılın qiymətinin aşağı düşməsi müşahidə olunur. Son bir ildə qızılın qiymətində 8.6 faiz aşağı düşübsə, 6 ayda qızıln qiymətində 6% azalma müşahidə olunur, son bir ayda isə qızılın qiyməti 5% aşağı düşüb. Və praktiki olaraq, qızılın qiyməti azalan tendensiya üzrə gedir. Buna rəğmən, Azərbaycan qızıl bazarında dəyişiklik müşahidə olunmur. Bu, bir tərəfdən Azərbaycanın nisbətən bahalı dövrdə qızıl idxal etməsi iləbağlıdır və nəticədə belə vəziyyət ölkə daxilində qızılın qiymətinin yüksək qalmasına gətirib çıxarıb. Digər tərəfdən isə bazardakı rəqabətliliyin aşağı olmasıbelə vəziyyət yaradır. Dünya bazarında qızılın qiyməti düşəndə bazar buna tez reaksiya verir, enəndə isə yox. Çünki, bazarda rəqabətin az olması qiymət azalmalarının baş verməsinə mane olur. Ona görə biz yalnız kəskin qiymət azalmaları baş verən zaman istehlak bazarında dəyişiklik hiss edə bilirik”.

İqtisadçı Oqtay Haqverdiyev də məsələyə eyni mövqedən yanaşır. Ekspert bildirdi ki, bu gün qiymət ucuzlaşmaması Azərbaycan qızıl bazarındakı rəqabətliliyin az olması ilə bağlıdır: «Qızılın qiyməti artanda biz bunun təsirini avtomatik hiss edirik. Lakin söhbət ucuzlaşmadan gedirsə, eyni vəziyyəti görmürük. Bizdə bazar qiymətlərini daha çox inhisarçılar müəyyənləşdirir».

Son məlumatlara görə isə, beynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti 1200 dollara düşərək son səkkiz ayda ən aşağı səviyyəyə çatıb. Analitiklər qızılın unsiya qiymətinin bu gedişlə ilin sonuna kimi 1100 dollara düşə biləcəyini bəyan edir. Belə hesab olunur ki, hazırda qızılın qiymətinin aşağı düşməsi tələbatın azalması faktoru ilə bağlıdır. İnvestorların öz investisiyalarını qızıl bazarından çəkərək digər sektorlara yönəltməsi də burada müəyyən rol oynayır. Eyni zamanda, bir çox ölkələrin öz qızıl ehtiyatlarını pul əldə etmək üçün bazara çıxarması da qiymətlərə təsirsiz ötüşmür. O da vurğulanır ki, qızıl strateji məhsul olduğundan satışı da dollarla həyata keçirilir. Son günlər dolların məzənnəsi digər valyutalara nisbətən möhkəmlənməyə başlayıb. Bunu nəzərə alan ekspertlərə görə, qızılın qiymətinin düşməsi dolların məzənnəsinin möhkəmlənməsi ilə bağlıdır. Güman olunur ki, yaxın günlərdə də qızılın qiyməti azalmağa doğru davam edəcək. Bu isə əksər ölkələrdə qızıl-zinət əşyalarının ucuzlaşmas iəl müşayiət olunur. Azərbaycan mağazalarınad iəs hələlik ciddi qiymət ucuzlaşmasına rast gəlinmir.

Aysel HƏSƏNOVA

Leave A Comment