65 yaşa çatmışlar işdən çıxarılır?

65 yaşa çatmışlar işdən çıxarılır?

65 yaşa çatmış dövlət qulluqçuları, müəllimlər və həkimlər işdən çıxarılır. Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır. Modern.az-a istinadən “Bizim yol” qəzeti yazır ki, artıq dövlət qurumlarında 65 yaşlı işçilərin təqaüdə yola salınması prosesinə start verilib. Bu prosesə birinci başlayan dövlət orqanlarından biri Kənd Təsərrüfatı Nazirliyidir. Nazirliyin mətbuat xidmətdən bildirib ki, 65 yaşlı işçilərin siyahısı hazırlanıb və artıq ixtisarlar var: “Qanunvericiliyə dəyişiklik ediləndən sonra Kənd Təsərüfatı Nazirliyinin 65 yaşı ötən 8 əməkdaşı işdən çıxarılıb. Qanunvericiliyin tələbləri həmin şəxslərə izah olunduqdan sonra onlar özləri ərizə yazaraq işdən gediblər. Qanun hamı üçün eynidir və proses davam edəcək”.

65 yaşdan sonra işləməməyin tərəfdarı olmadığnı deyən iqtisadçı-ekspert Vüqar Bayramov düşünür ki, nəzərə almaq lazımdır ki, 65 yaşdan yuxarı olan insanlar, xüsusən də müəllimlər tələbələrə daha çox elm verə bilər. “Bu baxımdan birmənalı şəkildə tətil sektorunda, umumiyyətlə 65 yaşı olan və təhsil sektorunda 65 yaşdan çox olan insanların işdən azad olunmasının tərəfdarı deyiləm”, – deyə Deyerler.org-a açıqlamasında V.Bayramov demişdir. Açıqlamalrının davamında o, bildirimşdir: “Eyni zamanda bu qərarla bağlı bir məsələyə diqqət yetirmək lazımdır ki, söhbət ondan gedir ki, qəbul edilmiş qərar 65 yaşı olan insanların hamısını işdən azad etmək funksiyasını icra etmir. Yeni qəbul olunmuş qaydalara görə, 65 yaşı tamam olan insanların işdən azad olunmaları hamısına aid edilə bilməz. Yeni qaydada 65 yaşı tamam olan insanlar işləyə bilərlər, amma bu şərtlə ki, müvafiq icra hakimiyyəti onların işləməsi ilə bağlı hər il qərar çıxartsın”.

Bu məqamında da kifayət qədər qorxulu olduğunu deyən ekspert fikrini belə ifadə edir ki, Azərbaycan reallığı göstərir ki, belə qadağalar və belə icazələr yeni korrupsiya imkanlarına gətirib çıxarır. “O baxımdan mən birmənalı şəkildə 65 yaşı tamam olmuş insanların yerli icra hakimiyyəti orqanlarından istər təhsil işçilərinin, istərsə də, qeyri yerlərdə işləyənlər üçün icazə almasının tərafdarı deyiləm. Çünki bu, birmənalı şəkildə korrupsiya imkanları yaradır. Digər tərəfdən təbii ki, 65 yaşında işçilərin işdən azad edilməsi o vaxt sosial baxımdan ədalətli ola bilər ki, Azərbaycanda yaşlı insanlara verilən təqaüd məbləğləri yüksək olsun. Bu gün Azərbaycanda orta təqaüd 105 manatdır. Təbii ki, nəzərə alsaq ki, istehlakın orta dəyəri 178 manatdır, yəni bu o deməkdir ki, orta aylıq təqaüd almaq istəyən şəxs minimal istehlak xərclərini ödəyə bilmir. Bu halda təbii ki, təqaüdün aşağı olduğu bir halda işçini və yaxud da yaşlı bir vətəndaşın ayrı iş sektorlarında işləməsi praktiki olaraq mümkün deyil. Bu baxımdan bu məsələ doğru deyil. Bu səbəbdən də mən bütün hallarda 65 yaşı tamam olmuş işçilərin işdən azad edilməsi təşəbbüsünün tərəfdarı deyiləm. Mən güman edirəm ki, bu təşəbbüsə, bu islahata o zaman getmək olar ki, Azərbaycanda orta təqaüd insanların birmənalı şəkildə ən azı minimum xərclərini ödəməyə imkan versin. Nə qədər ki, təqaüd xərcləri minimum xərcləri ödəməyə imkan vermir, o qədər də bu islahatın sosial baxımdan aparılması mümkün deyil”, – deyə sonda ekspert bildirmişdir.

Qeyd edək ki, təhsil və səhiyyə nazirlikləri də 65 yaşa çatmış işçilərin siyahılarını hazırlayır. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hazırda səhiyyə sistemində 7100 nəfərə qədər yaşı 65-dən yuxarı səhiyyə işçisi var: “Yaşı 70-dən yuxarı olan tibb işçilərinin fəaliyyət göstərməsi üçün lazım olan kriteriyalar Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.

Leave A Comment