Əmək pensiyalarının müəyyənləşdirilməsində keyfiyyət göstəricilərindən istifadə edilməlidir

Əmək pensiyalarının müəyyənləşdirilməsində keyfiyyət göstəricilərindən istifadə edilməlidir

“2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nd pensiyas sistemi ilə bağlı konsepsiyada İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı bir sıra təkliflərin nəzərə alınması müsbət haldır. Bu haqda iqtisadçı alim Vüqar Bayramov bildirib. O deyib ki, biz dəfələrlə əmək pensiyaları hesablanan zaman yaş stajı üçün minimumum aradan qaldırılmasını və bunun müqabilində ödənilən minimum sosial sığortanın məbləğini əsas götürülməsini təklif edirdik. Möcud sistemə görə, əgər vətəndaş, məsələn, 11 il yüksək əmək haqqısı olan işdə çalışıbsa və o böyük məbləğdə sosial haqq ödəyibsə də belə əmək pensiyası ala bilmir. Təbii ki, bu ədalətli deyildi. Bu baxımdan, minimum ödəniş məbləğinin müəyyənləşdirərək bu vəziyyətdə olan şəxslərə də əmək pensiyasının təklif edilməsi vacib idi. Çünki əmək pensiyası kəmiyyət rəqəmlərindən daha çox keyfiyyət göstəriciləri əsasında hesablanmalıdır. Bu halın konsepsiyada nəzərə alınması müsbət məqamdır.

Vüqar Bayramov bildirib ki, digər məqam ödənişlərin yalnız yarısının fərdi hesabda toplaşması ilə bağlı idi. Bizim təkliflərdə ödənişlərin tam olaraq fərdi hesaba köçürülməsi nəzərdə tutulurdu. Bu təklif də nəzərə alınıb. Məsələn iş stajı olan və 20 min manat sosial ödəniş edən şəxsin fərdi hesabına mövcud qaydalara əsasən 10 min manat köçürülür və digər 10 min manat isə, praktiki olaraq, “itir”. Bu isə yüksək ödənişlərə stimul formalaşdırmır. Bu baxımdan, hər bir şəxs əmək pensiyası alan zaman bütün ödənişlərindən istifadə etmək hüququna malik olmalıdır. 50 faizin hesablandığı digər xərclərin örtülməsi isə birbaşa Dövlət Sosial Müdafiə Fondunun formalaşdırmalı olduğu başqa mənbələr hesabına ödənilməlidir. Bu maliyyə bazarında fəaliyyət kimi digər gəlir gətirən istiqamətlər ola bilər. Bu xərclərin necə ödənilməsi işləyərək özünə pensiya fondu formalaşdıran vətəndaşın məsuliyyətində olmamalıdır. Bu məqamın da nəzərə alınması təqdirəlayiqdir.

İqtisadçı alim bütün bunlar ilə yanaşı, yaxın gələcəkdə bir sıra digər təkliflərin də nəzərə alınmasını əhəmiyyətli olduğunu bildirib. O əlavə edib ki, biz pensiya islahatlarında pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı ABŞ modelini təklif edirik. Güman edirik ki, bu təkiflərin də gələcəkdə nəzərə alınması vacibdir. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı sosial ödənişlər bağlı müəyyənləşdirilən dəyər limitini keçəndən sonra pensiya yaşını özü müəyyənləşdirir. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir.Əgər vətəndaş məsələn, 50 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, əmək pensiya yaşı da keyfiyyət göstəricilərinə əsaslansın. Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləməyəcək. Digər tərəfdən, biz təklif edirik ki, yaş meyarları ilə bağlı olaraq xərcləri artdığı üçün pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10%, 75-ə çatdıqda 20%, 80-i keçdikdə isə 30% artırılsın. Bu ciddi maliyyə tələb etmir, amma xüsusən də səhiyyə xidmətindən tez-tez istifadə edən yaşlı nəsil üçün əhəmiyyətli kömək olar.

Leave A Comment