2015-ci ildə depozitlərdən vergi tutulacaqmı? – RƏSMİ

2015-ci ildə depozitlərdən vergi tutulacaqmı? – RƏSMİ

Müzakirənin vaxtı açıqlandı.

Hər il depozitlərin gəlir vergisinə cəlb olunması ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunur. Hər ild ə qoyulan müddət uzadılır. Qeyd edim ki, sonuncu müddət 2014-cü il dekabrın 31-nə qədərdir. Dekabr ayının sonunda Milli Məclis yenidən həmin məsələyə baxacaq və parlament həmin müddətin uzadılıb, uzadılmaması ilə bağlı qərar qəbul edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“Hələ il başa çatmayıb, bu səbəbdən indidən müddətin uzadılıb, uzadılmaması ilə bağlı qərarın olub-olmayacağına proqnozlaşdırmaq çətindir. Nəzərə alsaq ki, əvvəlki illərdə hər zaman dekabrın sonunda müddətin uzadılması ilə bağlı qərar olub. O, baxımdan güman olunur ki, bu ildə həmin qərar olacaq.

Əgər proseslər əksinə cərəyan etsə, müddətin uzadılması ilə bağlı qərar ləğv olunsa, o zaman depoziti olan şəxslər gəlir vergisi verməlidirlər. Bu halda əmanətlərə hesablanmış faizlər vergiyə cəlb olunacaq”.

Onun sözlərinə görə, bu, vətəndaşlar üçün marağın azalmasına gətirib çıxara bilər: “Verginin hesablanması vətəndaşların əmanətlərin banklarda saxlanmasından əldə etdiyi vəsaitin həcminin azaldılmasına gətirib çıxaracaq. Bu zaman onların da əmanətləri azalacaq.

İlin sonuna bir neçə gün qalıb, güman etmək olar ki, bir neçə gün ərzində həmin məsələyə Milli Məclisdə baxılacaq.

Oxu.Az-a Vergilər Nazirliyindən bildirdilər ki, 2014-cü ilin yanvarın 1-dən etibarən əmanətlərə hesablanmış faizin vergiyə cəlb olunmaması haqqında qanun hələ də qüvvədədir. 2015-ci ildə isə əmanətçilərin gəlir vergisindən azad olunub olunmayacağı haqqında nazirlikdə rəsmi məlumat yoxdur.

Milli Məclisin deputatı isə məsələyə aydınlıq gətirərək qeyd etdi ki, “sabah ,yəni dekabrın 26-da bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq. Hələ ki, qərar qəbul olunmayıb”.

Leave A Comment