Idxal edilən benzin ucuzlaşmalıdır

Idxal edilən benzin ucuzlaşmalıdır

“Nə qədər parodoksal olsa da, bu ilin iyunundan bəri benzinin qiyməti neft ölkələri olan İndoneziyada 30, Malaziyada 8 faiz yüksəlib”.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.

Onun sözlərinə görə, qara qızılı idxal edən Hindistanda qiymət 9, Çində 10, ABŞ-da isə 20 faiz aşağı düşüb:

“Məsələnin iqtisadi tərəfi bəlkə də parodoksal deyil. Neft ölkələri benzini baha satmaqla qiymət azalmalarından yaranan mövcud və potensial kəsirləri qapamağa çalışırlar, istehlakçı ölkələr də bu prosesi bazar tənzimlədiyi üçün, bununla dövlət xidmət sektorunda və xərcləmələrdə artırmağa nail olmağa çalışırlar. Azərbaycanda Aİ 92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədəuyğun deyil. Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki bir sıra digər ödənişlər və eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbə ölkədəki dəyişikliklərə reaksiya verilərək sözügedən benzin markalarının ucuz qiymətə təklif edilməsi nəinki vacibdir, həmçinin bu, bazarın diqtəsidir”.

Leave A Comment