Avtomobil bazarında vəziyyət necədir?

Avtomobil bazarında vəziyyət necədir?

Rusiyada müşahidə edilən iqtisadi durğunluq və eləcə də milli valyutanın dəyər itirməsi avtomobil idxalı ilə məşğul olan Azərbaycan iş adamlarının fəaliyyətinə müsbət təsir göstərməkdədir. Rusiyada rublun məzənnəsinin dönərli valyutalara o cümlədən manata nisbətən aşağı düşməsi qonşu ölkədə nəinki istehsal edilən o cümlədən başqa dövlətlərdən bir müddət öncə idxal edlən və satışa çıxarılan malların qiymətinin dollar ifadəsində azalmasına səbəb olub. Rusiyada yerli və işlənmiş xarici avtomobillərin də qiymətlərində azalmalar qeydə alınır. Bu fürsətdən isə nəinki yerli iş adamları eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldıq üçün, dollar və manata nisbətən hesabladıqda bu avtomibllərin dəyərinin aşağı düşməsi müşahidə edilməkdədir. Artıq Rusiyadan gətirilən və Avro-4 standardlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşə avtomobillərinin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb. Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi, Rusiyadan avtomobil gətirənlərin sayını da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar.

Leave A Comment